Menu
Geri İrəli

Sumqayıtlı jurnalistlər Qurban bayramında sosial aksiya keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Qurban bayramı münasibətiylə Sumqayıt Media Klubu Təşəbbüs Qrupunun üzvləri Sumqayıt şəhərində sosial aksiya keçiriblər. Bununla bağlı öz aralarında müvafiq razılığa gələn media mənsubları müəyyən məbləğdə pul toplayaraq qurbanlıq heyvan və bəzi ərzaq malları alıblar. Ardınca ümumi sovqatı 10 hissəyə bölərək Sumqayıt ərazisində yaşayan aztəminatlı ailələrə paylayıblar. Ünvanlar kimsəsizlik, şikəst və əlillik, müharibə veteranlığı və sair kimi meyarlarla seçilib.
Qeyd edək ki, Sumqayıt Media Klubu əsasən sumqayıtlı və Sumqayıtda yaşayan jurnalistlərin ünsiyyəti, həmrəyliyi, peşə çətinlikləri haqda müzakirələr, məsləhətləşmələr aparmaq, eyni zamanda Sumqayıt şəhərinin, onun sakinlərinin problemlərinin həllinə həmrəy şəkildə yardım etmək üçün yaradılan təşəbbüs qrupudur.

sumqayit-30

Facebook Şərhləndirmə:

Şərhinizi yazın