Menu
Geri İrəli

Sumqayıtlı keçmiş boksçu oğurluğa əl atdı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2010 • Baxış sayı: 470 dəfə • 1 şərh

2967Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib. Şəhər sakini Nurayeva Vəsilə Hacı qızı polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs yaşadığı binanın qarşısında binanın girişinə daxil olduğu an onun çantasını əlindən alaraq qaçıb.

Faktla bağlı dərhal şəhər Polis İdarəsində soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb və naməlum şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri tezliklə öz nəticəsini verib və şübhəli şəxs saxlanılıb.

Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Ələsgər İbrahimovun ANS-ə verdiyi məlumata görə, istintaq əməliyyat tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs Kazımov Zahiddir və o, yaxlanaraq istintaqa cəlb olunub.

Sumqayıt şəhəri 8-ci mikrorayonda yaşayan Zahid Kazımov dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib. Məlum olub ki, Zahidin soyğunçuluq üçün məhz bu qadını seçməsi heç də təsadüfi olmayıb. Belə ki, yaşadığı mənzilin yaxınlığında yerləşən mağazalardan birində pulunu xırdalayan Vəsilənin əlindəki pulları onunla yanaşı Zahid də sayıb. Məhz bundan sonra Kazımov pulların yerini öz cibinə dəyişmək qərarına gəlib.

Zahidin oğurladığı çantadan əldə etdiyi qazanc isə 22 manat nəğd pul və bir ədəd mobil telefon olub. Nəğd pulların sayını artırmaq məqsədilə Zahid mobil telefonu dükanlardan birində 25 manata satıb. Əldə olunan pullarla isə o, dükanlara olan borclarının bir hissəsini qaytarıb. Əvvəllər boksla məşğul olduğunu deyən Zahid, həyatında ilk dəfə oğurluq etdiyini və tutduğu əməldən peşman olduğunu bildirib.

İlk dəfə 2006-cı ildə xuliqanlıq maddəsi ilə 1 il 4 ay məhkumluq həyatı yaşadığını deyən Zahid, indi növbəti məhkumluğunu soyğunçuluq maddəsi ilə çəkməli olacaq.

Mənbə: ANSPRESS

Facebook Şərhləndirmə:

“Sumqayıtlı keçmiş boksçu oğurluğa əl atdı” yazısına bir cavab

  1. Bahar deyir:

    “Vəsilənin əlindəki pulları onunla yanaşı Zahid də sayıb. Məhz bundan sonra Kazımov pulların yerini öz cibinə dəyişmək qərarına gəlib.”—EHSENN, YAXSI FIKIRDI-)))
    BIR DEFE DE HELE XULIQANLIQ USTUNDE TUTULUB.ONUN CANINDADIYE,RAHAT DURA BILMIR.CIXANDAN SONRA HEBSDEN YENE EYNI SEYLERI EDECEK.

Şərhinizi yazın