Menu
Geri İrəli

Sumqayıtlı kitab xilaskarı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2015 • Baxış sayı: 1,002 dəfə • 1 şərh
Share Button

xan resuloqluBir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür… İnsanların ən önəmli maddi-mənəvi nemətlərindən sayılan kitab və kitaboxuma vərdişləri vacib amillərdən biridir.

Kitabları yığıb, qorumağı özünə vəzifə hesab edən Xan Rəsuloğlu “Report”a bildirib ki, sovet dövründən “kitab dənizi” qalıb: “Bunların içindən ən gərəkli kitabları yığıb, xilas etməyi özümə vəzifə hesab edirəm, oxucularımız, vətənimiz üçün”.

“Son dövrlərdə bəşəriyyətdə yeni texnoloji imkanların mövcudluğu, kompüter, telefon və s. kimi texnologiyaların böyük sürətlə inkişafı istər-istəməz kitablara olan diqqəti ikinci plana keçirir. Artıq insanlarda yeni maraqlar, yeni axtarışlar formalaşmağa başlayır. Bu səbəbdən də məhz belə bir dövrdə kitabı, mütaliəni təbliğ etmək vacibdir” – o deyib.

O həmçinin qeyd edib ki, kitabları çox ucuz qiymətlə oxuculara kirayə verir: “Əsas məqsəd oxucunun kitaba olan marağını artırmaqdır. Hətta pulu olmayan oxucular da müraciət edəndə onlara pulsuz kitab veririk”.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtlı kitab xilaskarı – VİDEO” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Çox sağ olun, var olun, Xan Rəsuloğlu! Halal olsun Sizə!

Şərhinizi yazın