Menu
Geri İrəli

Sumqayıtlı Musiqili meyxana həvəskarlarına xəbərimiz var

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2013 • Baxış sayı: 158 dəfə • Şərh yoxdur

Son vaxtlar “Evlənmə” musiqili meyxanasıyla xüsusilə də gənclər arasında sevilən meyxanaçı İfrat Dünyamalıyev və gitara ifaçısı, həm də İfratın meyxanalarında bek vakalçı kimi səsini eşitdiyimiz Şahin Sadıqov, yenidən bir arada. Belə ki, Sumqayıtlı meyxanaçı öz dinləyicilər və tamaşaçıları üçün konsert verməyi planlaşdırırlar. Konsert Sumqayıt şəhərinin ən iri salonlarından birində olacaq. İfratın verdiyi məlumata görə konsertdə sevilən, sayılıb seçilən meyxana ustaları və digər müğənni qonaqların da iştirakı gözlənilir.

Gənc meyxanaçı İfrat həmçinin onu da bildirib ki: “Konsertdə Şahinlə mənim bütün ifalarımız canlı olacaq. Bundan əlavə fanatlara şad xəbərim var. Onlar konsertdə iki yeni musiqili meyxana eşidəcəklər”

Qeyd edək ki, sırf bu konsert üçün artıq iki musiqili meyxana üzərində iş gedir. Sözü gedən meyxanalar ilk dəfə ekskluziv olaraq İfrat və Şahinin konsertində təqdim ediləcək.

Konsertin yeri və vaxtı haqda mətbuata açıqlama veriləcək.

Çinarə Vaqif

meyxana

Facebook Şərhləndirmə:

Şərhinizi yazın