Menu
Geri İrəli

Sumqayıtlı partiya sədri qəzaya uğradı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2013 • Baxış sayı: 191 dəfə • Şərh yoxdur
Share Button

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu avtomovil qəzasına düşüb. 

“Qafqazinfo”nun Modern.az-a istinadən verdiyi məlumata görə, qəza bir neçə dəqiqə bundan öncə paytaxtın Atatürk prospektində baş verib.
M.Mirəlioğlu idarə etdiyi 01 BB 057 dövlət nömrə nişanlı “UAZ” markalı avtomobili Gənclik metrosu istiqamətində hərəkətdə olan “Nissan Sunny” markalı minik maşınına vurub. Hadisə nəticəsinə KXCP sədrinin avtomobilinə ciddi ziyan dəyməsə də “Nissan” xeyli əzilib. İlkin ehtimallara görə, qəzaya M.Mirəlioğlunun ehtiyatsızlığı səbəb olub.
Hadisə zamanı M.Mirəlioğlu və digər avtomobilin sürücüsü xəsarət almayıb. Qəzadan dərhal sonra əraziyə sığorta şirkətinin əməkdaşları çağırılıb.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın