Menu
Geri İrəli

Sumqayıtlı qadınlar Bakıda tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2010 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

Dünən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları oğurluqda təqsirli bilinən iki nəfər qadını saxlayıb. BŞBPİ-dən ANS PRESS-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Sumqayıt şəhər sakinləri Sevda Nuriyeva və əvvəllər məhkum olunmuş Liliya Polibinskaya tutularaq istintaqa təhvil verilib.

İlkin araşdırma nəticəsində məlum olub ki, onlar 26 dekabr 2009-cu il tarixində Ə.Rəcəbli küçəsində yerləşən ticarət mərkəzində Arifə Əliyevaya məxsus əl çantasından 1320 manat və qızıl kulon, yanvarın 5-də R.Rza küçəsində yerləşən mağazada Elnaz Əhmədbəylinin əl çantasından 500 manat, fevralın 8-də isə S.Vurğun küçəsində yerləşən ticarət mərkəzində Arzu Rüstəmovun əl çantasından 950 manat oğurlayaraq aralarında bölüşdürüblər.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Mənbə: ANSPRESS

Facebook Şərhləndirmə:

Şərhinizi yazın