Menu
Geri İrəli

Sumqayıtlı “Qara Rəhilə”nin məhkəməsi yenidən başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Avqust 2015 • Baxış sayı: 594 dəfə • Şərh yoxdur

rahileBakı Ağır Cinayətlər Məhkəməsində Rəhilə İsmayılova(“Qara Rəhilə”), Məleykə Şamilova, Mətanət Şamilova, Natəvan Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmə prosesini keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesin məhkəmə baxışı avqustun 20-ə təyin olunub.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir.

Rəhilə İsmayılova (“Qara Rəhilə”) əvvəllər talamaya görə iki dəfə məhkumluq yaşayıb.

O, 2008-ci ildə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Rəhilə İsmayılova 2013-cü ildə yenidən oğuluq və talama cinayətlərinə görə Nəsimi rayon Məhkəməsində 2 il azadlıqdan məhrum etmə və 3000 manat pul cəzasına məhkum edilib. Həmin cəzanın tam ödənilməməsinə baxmayaraq Qara Rəhilə yenidən cinayət əməlinə girib. O, 2014-cü ilin iyul ayının 23-də Sumqayıt Şəhərində 7 nömrəli avtobusda Maya Ağayevanın əl çantasından 357 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edib.

Bundan sonra Rəhilə İsmayılova təkrarən özgənin əmlakı talama məqsədilə həmin ilin iyulun 31-də 7 nömrəli avtobusda Arifə Sadıqovanın əl çantasında ümumilikdə 72 manat 50 qəpiklik oğurluq edib.

Onun etdiyi cinayət əməlləri bununla da yekunlaşmayıb. İyulun 31-i günü Rəhilə İsmayılova Sumqayıt şəhər Məhkəməsinin arşında olarkən polis əməkdaşları onu bölməyə dəvət edib. Polis bölməsində onun əl çantasına yoxlanış apararkən sellofana bükülmüş 1,3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Qara Rəhilə cinayət əməllərini yalnız Sumqayıt şəhərində eləməyib.

O, Bakıda tanışları Rauf Əliyev, Esmira Səfərova, Fərid Şərifzadə və Məleykə Şamilova ilə əlbir olaraq maşınla Tehran Əbilovanı izləyərək Şəfa stadionun yaxınlığında əl çantasını oğurlayıblar. T. Əbilovanın əl çantasında 530 manat nağd pul və dəyəri 20 manat olan əl çantasını talama yolu ilə oğurlayıblar.

Həmin cinayət işi bir müddət öncə məhkəmə baxışına verilsə də məhkəmə heyəti cinayət işinin Bakı Şəhər Prokurorluğuna qaytarılması barədə qərar qəbul edib. Səbəb isə ittiham aktının düzgün tərtib olunmaması, təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələrin düzgün verilməməsidir

Facebook Şərhləndirmə:

Şərhinizi yazın