Menu
Geri İrəli

Sumqayıtlı rejisor ABŞ-dan qayıtdı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2011 • Baxış sayı: 283 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov Nyu-Yorkda “Müsyo Jordan və Dərviş Məstəli Şah” əsərini səhnələşdirib
ABŞ-da Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində yaradılmış Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının premyerası olub.  F. Məhərrəmov “sumqayitxeber.com” saytına açıqlamasında bildirib ki, tamaşa Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 200 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatı Azərbaycan Respublikasının əməkdar artisti, Qızıl Dərviş mükafatı laureatı, Sumqayıt Dram Teatrının baş rejisoru Firudin Məhərrəmov olub. Tamaşada rolları Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri ifa ediblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın