Menu
Geri İrəli

Sumqayıtlı şagirdlər “Mən də varam” dedi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2014 • Baxış sayı: 520 dəfə • Şərh yoxdur

 IMG_3290Sumqayıtda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Mən də varam” layihəsi çərçivəsində sərgi keçirilib.

Sərgidə Sumqayıtın orta məktələrində inklüziv təhsil alan və sağlamlıq imkanları məhdud olan 50-dən artıq şagirdin əl işləri və rəsm əsərləri nümayiş olunub.

Tədbirdə şəhərin idarə və təşkilatlarının nümayəndələri, şagirdlər və media təmsilçiləri iştirak ediblər. İştirakçılar şagirdlərin istedadını yüksək qiymətləndirib, onlara uğurlar arzulayıblar.

Layihənin koordinatoru Vüsal Məmmədov bildirib ki, məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının üzə çıxarılması, onların stimullaşdırılması, cəmiyyətə inteqrasiyası və sosial adaptasiyasına dəstək verməkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın