Menu
Geri İrəli

Sumqayıtlı şagirdlərin layihəsi Beynəlxalq Məktəbli müsabiqəsində qalib oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2014 • Baxış sayı: 1,476 dəfə • Şərh yoxdur

10003283_634340646621334_1074581163_nSpare “Enerji və Ətraf Mühit Beynəlxalq Məktəbli müsabiqəsinin nəticələri açıqlanıb.

Martın 10-da “Enerji və ətraf mühit” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Layihənin koordinatoru Sesilia Gulbraar Orestis Kanal 13-ə açıqlama verərək bildirib ki, proqram ümumilikdə ətraf mühit məsələlərinə yönəlsə də əsas məqsəd enerjiyə qənaət və enerji effektivliyinin orta məktəblərdə tədrisidir.
Müsabiqə SPARE proqramı çərçivəsində keçirilib. Bu proqramın köməyi ilə məktəblilər enerjiyə qənaət, iqlim dəyişmələri, onun səbəbləri və aradan qaldırılması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlərin iştirakçısına çevrilir. Azərbaycan beynəlxalq məktəbli proqramına 2003-cü ildən qoşulub. Hazırda respublikanın müxtəlif şəhər və rayonlarından olan 200-dən artıq məktəb beynəlxalq SPARE proqramının tərəfdaşıdır.

sumqayitxeber.com xəbər verir ki, Azərbaycandan Beynəlxalq müsabiqədə iştirak etmək üçün 4 layihə seçilib. Onlardan biri Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi Naidə Behbudova və şagirdləri Rəşid və Həmidin hazırladığı “ Bioqazın alınması” layihəsi olub.

Sevinc, sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın