Menu
Geri İrəli

Sumqayıtlı sahibkar Cavid Ticarət Mərkəzindəki mağazasından niyə çıxarılıb? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2015 • Baxış sayı: 1,632 dəfə • 1 şərh

nizami heykeliSumqayitxeber.com saytına Rahib Əhmədov adlı şəhər sakini tərəfindən şikayət məktubu daxil olub. Şikayətdə qeyd olunur ki, 14 ildir icarəyə götürdüyü Cavid Ticarət Mərkəzindəki mağazasından çıxarılıb: “12 dekabr tarixində ticarət mərkəzində çalışan hər kəsi ulu öndər Heydər Əliyevin anım gününə aparmışdılar. Mən ordan biraz tez qayıtdım. Yolda ticarət mərkəzinin rəhbəri Nizami İsgəndərov məni və mənimlə birgə orda olanları yolda gördü. Onların içindən məni çağırdı və dedi ki, səni heç kim mənim əlimdən ala bilməyəcək. Sonra mənə dedi ki, mağazanı boşalt. 14 ildir çalışdığım mağazanı əlimdən aldılar. Neçə ildir orda işləyirdik, banklara borcumuz yığılıb qalıb. Mallard a əlimizdə. İndi bilmirik nə edək. Özüm də kirayədə yaşayıram. Mənə deyir ki, get kimə şikayət edirsən et!”

Məsələ ilə bağlı Cavid Ticarət Mərkəzinin mətbuat katibi Elçin Abdullayevlə əlaqə saxladıq. E.Abdullayev bildirdi ki, həqiqətən də Əhmədov Rahib adlı şəxs Cavid Ticarət Mərkəzində biznes fəaliyyətilə məşğul olub. Lakin əfsuslar olsun ki adıçəkilən şəxs işlədiyi müddət ərzində dəfələrlə daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub. Hətta bir müddət öncə Ə.Rahib Cavid Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən nizam-intizama yazılı və şifahi qaydada dəvət olunsada, o buna məhəl qoymayıb. Əksinə biraz da irəli gedərək CTM-in drektorunun iş otağına daxil olmuş, ona qarşı təhdid və hədə dolu ittihamlar irəli sürmüşdür. Nəticədə, keçmiş icarədar R.Əhmədovun sərhədsiz və məsuliyyətsiz davranışları rəhbərlik tərəfindən təfdiş edilərək bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdi.
R.Əhmədov Ticarət Mərkəzindən qovulduqdan sonra yenidən fəaliyyətini davam etdirməsi üçün bir çox nüfuzlu şəxslərə minnət xarakterli müraciət etmişdi. Təbii ki, belə olduğu halda Ticarət Mərkəzinin rəhbərliyi onun özünə görə deyil, məhz minnətçi düşdüyü şəxs və ya şəxslərin sosial statusu və ictimai çəkisi nəzərə alınaraq R.Əhmədova növbəti xəbərdarlıq edilərək fəaliyyətinə şərait yaradılmışdı.
Sonuncu dəfə isə R.Əhmədov 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılmamaq üçün pozuculuq fəaliyyətilə məşğul olmuş və Ticarət Mərkəzindən xaric edilmişdi.
Hesab edirik ki, kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq hər kəs kimi R.Əhmədov da Ticarət Mərkəzinin daxili nizam-intizam qaydalarına riayət etməyə borclu idi. Ən azı vətəndaşlıq vicdanını ortaya qoyub, millət üçün o cümlədən R.Əhmədovun özü üçün belə bir gözəl dövləti qurmuş şəxsiyyətin anım mərasimində pozuculuq fəaliyyətilə məşğul olmaq lazım deyildi.
www.sumqayitxeber.com
Facebook Şərhləndirmə:

“Sumqayıtlı sahibkar Cavid Ticarət Mərkəzindəki mağazasından niyə çıxarılıb? – AÇIQLAMA” yazısına bir cavab

  1. Emin deyir:

    Yaxsi eliyibler ele alcaqlari it kimi qovmaq lazimdi

Şərhinizi yazın