Menu
Geri İrəli

Sumqayıtlı sahibkarlar biznesin inkişafından razıdırlar?

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 134 dəfə • Şərh yoxdur

 

İyulun 24-də Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Sorğunun nəticələri barədə tədbirdə KİV-ə açıqlama verilib. Tədbiri giriş sözü ilə SBİİYF-ın prezidenti Sabit Bağırov açaraq qeyd etdi ki, dəyirmi masa ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəklədiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində baş tutub. S.Bağırov bildirdi ki, KOMİYM layihənin məramına uyğun olaraq 7 mart-17 aprel 2013-cü il tarixində Azərbaycanın müxtəlif bölgələrində 1000 kiçik sahibkarlıq subyekti arasında sorğu həyata keçirib. Daha sonra sorğu haqqında jurnalistlərə məlumat verən KOMİYM-ın sədri İlkin Qarayev bildirdi ki, sorğu Bakı, Gəncə, Sumqayıt şəhərləri və Azərbaycanın 17 inzibati rayonunu əhatə edib. Sorğuda iştirak etmiş 1000 respondentin 9.2%-i hüquqi, 90.8%-i isə fiziki şəxs olub. Sahibkarlıq subyektlərinin iqtisadiyyatın sahələri üzrə bölgüsü isə belə olub: Ticarət-30; Xidmət-30%; İstehsal-20%; Kənd təsərrüfatı-20%. İ.Qarayev qeyd etdi ki, sorğu anketinə biznesin mövcud vəziyyəti, dövlət orqanları tərəfindən keçirilən yoxlamalar, lisenziyaların alınması, daşınmaz əmlakın qeydiyyatı, Sahibkarlığa Kömək Fondunun fəaliyyəti, vergi sistemi ilə əlaqədar və digər suallar daxil edilib: “Sorğunun nəticələrini qənaətbəxş saymaq olar. Sorğuda iştirak edən sahibkarlar arasında son illərdə biznesin azaldığını qeyd edən sahibkar olmadı. Çünki Azərbaycanda sahibkarlığın inkişafı üçün güclü potensialı var”. (“OLAYLAR” İA)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın