Menu
Geri İrəli

Sumqayıtlı şəhid gizirimizin fotoları

Müəllif: sumqayitxeber.com • Tarix: 28 May 2014 • Baxış sayı: 1,877 dəfə • 2 şərh

Ötən gün axşam saatlarında və bu günə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.

ANS PRESS-in məlumatına görə, Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Ancaq düşmənin qəfil hücumu itkisiz də ötüşməyib.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub.

Döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərdiyinə görə kapitan Məmmədov Fikrət Akif oğlu ölümündən sonra “İgidliyə görə” medalı verilməsinə təqdim olunub.

Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb. Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti ağırdır, həkimlərin nəzarəti altındadır.

ANS PRESS şəhid gizir Xudaverdi Əbilovun fotolarını təqdim edir.

Allah şəhidlərimizə rəhmət eləsin!

xudaverdi-4xudaverdi0-43 xudaverdi-645

Facebook Şərhləndirmə:

“Sumqayıtlı şəhid gizirimizin fotoları” yazısına 2 cavab

  1. Vuqar Zeynalov deyir:

    Allah rehmet elesin!!!

  2. Raul Memmedov deyir:

    Allah rehmet etsin.yerin cennet olsun.Allah Valdeynlerine sebr versin.

Şərhinizi yazın