Menu
Geri İrəli

Sumqayıtlı şəhidin doğum günü – Yaşasaydı 20 yaşı olacaqdı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2016 • Baxış sayı: 1,173 dəfə • 1 şərh
Share Button

sumqayitxeber.com xəbər verir ki, bu gün aprel döyüşlərində şəhid olan Şulan Bayramovun doğum günüdür . Bu münasibətlə  şəhidin ailə üzvləri, qohumları Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, Şulan Bayramov 1996-cı ildə doğulub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirib. Silahlı Qüvvələrimizdə hərbi xidmətini başa vuran gəncin ordudan tərxis olunmasına bir neçə gün qalmışdı.

Aprel döyüşlərində şəhid olan Şulan Bayramov Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olduğuna görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.

 

DSC_0002 (1) DSC_0007 (1) DSC_0009 DSC_0020 DSC_0025 DSC_0029 DSC_0030 DSC_0032 DSC_0034 DSC_0035 DSC_0037

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtlı şəhidin doğum günü – Yaşasaydı 20 yaşı olacaqdı – FOTOLAR” yazısına bir cavab

  1. .Enver Elovsetoqlu deyir:

    Allah rehmet elesin, valideyinleri ezizleri saq olsun

Şərhinizi yazın