Menu
Geri İrəli

Sumqayıtlı sürücülərə bəd xəbər – Tbilisi prospekti bağlanır

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2013 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur
Share Button
Bu gecədən Bakı şəhərində Tbilisi prospektinin Salamzadə küçəsindən 20 Yanvar qovşağına qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, buna səbəb yolun asfalt örtüyünün dəyişdirilməsidir.

“Sürücülər alternativ yol kimi Salamzadə küçəsindən keçərək, Cəlil Məmmədquluzadə (keçmiş Papanin) küçəsi, 3-cü mikrorayon və 20 Yanvar qovşağı istiqamətində köməkçi yollardan istifadə edə bilərlər”, – deyə Pünhan Mürsəlov əlavə edib.

Qeyd edək ki, təmirə bağlanacaq yolun 1 həftə ərzində açılması nəzərdə tutulub.

tbilisi

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın