Menu
Geri İrəli

Sumqayıtlı sürücülər bu xəbəri mütləq oxusun – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2013 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

Avtomobilinizi harda gəldi park etməyin.

450_yEnu6D56JAp4

Son zamanlar Sumqayıtda yaranan tıxacların qarşısını almaq üçün şəhər DYP-i konkret addımlar atmağa başlayıb. Bilidiyiniz kimi Sumqayıtda daha çox Sülh küçəsində və bazar ətrafı yollarda tıxaclar əmələ gəlir. Həmin küçələrdə park edən sürücülər əvllvər. Baxmayaraq ki, avtomobil sahibi sükan arxasında deyil. Bununla bağlı Sumqayıt şəhər DYP idarəsinə müraciət etdik. İdarədən 168sat.com-a bildirdilər ki, bu tədbirlər şəhərin hərəkətin intensiv olan küçələrində tıxacların yaranmamasına hesablanıb. Yəni yol hərəkəti qaydaları çərçivəsində park etməyən, durmaq qadağan olduğu yerlərdə avtomobilini saxlayan sürücülər haqqında avtomatik olaraq protokol tərtib olunacaq. Odur ki, əziz sürücülər, avtomobilinizi Bazar ətrafında saxlayanda diqqətli olun. Diqqətli olun ki, qayıdanda şüşəsiləninizin altında cərimə çeki ilə rastlaşmayasınız. Diqqətli olmalı olduğunuz digər küçə isə Səməd Vurğun küçəsidir. Heydər Parkının qarşısında, 14 mərtəbədən AZPETROL yanacaqdolduma məntəqəsinə gələn yolda və həmin küçəyə paralel küçələrdə yeni işıqforlar quraşdırılıb. Sumqayıt DYP-dən 168saat.com-a bildirdilər ki, həmin işıqforlar hərəkətin intensiv olduğu, sürücülərin daim problemlə üzləşdiyi küçələrdə qoyulub. Digər işıqfor isə H.Z.Tağıyev qəsəbəsinin girişində, bulağın qarşısında quraşdırılıb. Yaxın günlərdə daha bir neçə işıqforun quraşdırılması nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın