Menu
Geri İrəli

Sumqayıtlı sürücülər diqqətli olun, cərimələnə bilərsiniz!

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2014 • Baxış sayı: 856 dəfə • Şərh yoxdur

Son zamanlar Sumqayıt şəhər mərkəzi küçələrində və bazar ətrafı yollarda tıxacların qarşısına almaq üçün avtomobili düzgün park etməyən sürücülərə cərimə çekləri yazılmağa başlanılmışdır.

sumqayitxeber.com-a daxil olan məlumata görə artıq şəhərin bir çox küçələrində dəavtomobili çəpəki park edən sürücülər cərimələnir. Məlumat verən şəxs bildirir ki, bu günlərdə 17-ci mikrarayon ərazisində yerləşən “Ən Ucuz” marketin qarşısında onun avtomobilinin şəkilini çəkiblər və ona cərimə yazılıb. “Əvvəllər burada hər kəs maşını belə saxlayırdı. İndi isə artıq cərimələr yazılır. Ona görə sizin saytınız vasitəsilə sürücüləri xəbərdar etmək istəyirəm ki, ehtiyatlı olsunlar. Maşınları Sumqayıtın küçələrində çəpəki saxlamasınlar, düzgün yerlərdə və düzgün park etsinlər ki, cərimələnməsinlər.”

sumqayit-30

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın