Menu
Geri İrəli

Sumqayıtlı sürücünü yol polisi idarəsində döydülər

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2014 • Baxış sayı: 1,043 dəfə • 1 şərh
460745_447875Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 29/4b, mənzil 12-də qeydiyyatda olan, 1979-cu il təvəllüdlü Əlişov Şahlar Şakir oğlu Yasamal rayon Dövlət Yol Polisi Şöbəsində döyüldüyünü iddia edir. Şahlar Əlişov Avtosfer.az saytına ünvanladığı müraciətdə bildirib ki, artıq məsələ ilə bağlı Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, general-mayor Rasim Musayevə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova şikayət ərizəsi ilə müraciət edib. Şikayətçi bildirir ki, 15.07.2014-cü ildə dövlət məmuru tərəfindən döyülüb və təhqir olunub: «Belə ki, bir ay bundan öncə DYP xidmətinin əməkdaşı mənə məxsus olan «Chevrolet Aveo» markalı, 50-CG-541 dövlət nömrə nişanlı avtomobilin sənədlərini yoxlayarkən bildirdi ki, avtomobilin Bakı şəhəri. Yasamal rayon DYP Şöbəsində MMX radarı var və mütləq vaxt edib ora baş çəkim. Bununla bağlı 15.07.2014-cü il tarixdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə baş çəkdim. Saat 9:50-dən etibarən xahiş etdim ki, məni kimsə qəbul edib məsələ ilə bağlı məlumat versin, Lakin kimə müraciət etdimsə (qəbul otağinda olan mülki geyimdə olan və özünü polis işçisi kimi qələmə verən adamlar) mənə “gözlə, hələ işə gəlməyiblər, gəlsinlər sonra çağırarıq” cavabını verdilər. 10:20 radələrində səbrim tükənərək “102 qaynar xətt” xidmətinə müraciət etdikdən 5 dəqiqə sonra məni Asif adlı bir şəxs qəbul edərək bildirdi ki, mənim avtomobilimə bir ildir həbs qoyulub, Guya mən 21.06.2013 cü ildə Bakı şəhəri ərazisində – Dairəvi Yolda qəza törədib hadisə yerindən yayınmışam. Mən «kalendara» baxdıqdan sonra bildirdim ki, həmin vaxt mən işdə olmuşam. Əgər doğurdan da mən qəza torətmişəmsə, mənə maddi subut gətirsinlər və ya vətəndaşı çağırsınlar. Asif müəllim bildirdi ki, o zaman iş yerindən arayış gətir. Bundan sonra mən saat 16: 20 radələrində yenidən Yasamal rayon DYPŞ-nə iş yerindən arayışı təqdim etmək üçün gələrkən idarənin 2-ci mərtəbəsində “Qəbul otağında” polis mayoru Kamil Qəhrəmanliya gödəkboylu, dolu bədənli, mülki geyimdə olan şəxs “Həmin oğlandir , özü gəldi»- deyə, məni nişan verdi. Mən mayor Kamil Qəhrəmanlı ilə görüşdüm və işə aydınlıq gətrilməsini xahiş etdim. Əvəzində cənab mayor məni səs tonunu qaldıraraq polisə yaraşmayan sözlərlə təhqir etdi. Mən ondan ad və soyadını soyləməsini rica etdiyimdə, yanında olan yuxarıda qeyd etdiyim mülki şəxslə birlikdə mənə fiziki təzyiq göstərməyə başladılar. Qolumu burub ayağıma təpiklə vurdular, sinəmə yumruqla, arxadan bel kəmərimdən tutaraq başıma vurmağa başladılar. Bundan sonra məni dartaraq pilləkənlərdən aşağı salıb yaxınlıqda yerləşən Yasamal rayon Polis İdarəsinə aparıb «Növbətçi hissə»yə təhvil verdilər. Məsələ ilə bağlı mən baş təhqiqatçı polis mayoru Məhərrəm Hüseynovun yanında geniş izahat vermişəm.
Biz azad, suveren, demokratik, hüquqi bir dövlətdə yaşayarıq. Hər bir vətəndaşın öz hüququnu tələb etmək hüququ var. Bunu mən yox, Azərbaycan Respublikasının Konstitutsiyası deyir. Hər bir dövlət məmurunda vətəndaşı sakit dinləyib ona izahat vermək bacarığı olmalıdır. Mən qanunun aliliyinə inanırdım, amma artıq inanmıram. Əgər bu cür məmurlar mənə izahat vermək əvəzinə, yumruqla, şillə-təpiklə dövlətin ona verdiyi səlahiyyətlərdən istifadə etməklə danışırsa, demək, polis nə istəyirsə onu edir, xoşuna gəlməyən adamı, hüququnu tələb edən vətəndaşı əzir, doyür, hələ cinayət işi açacağını da aşkar şəkildə bildirir. Mənə inanmirsinızsa, idarənin kamera görüntülırinə nəzər yetirin».
Şahlar Əlişov güman edir ki, Kamil Qəhrəmanlının bu davranışı barəsində ciddi ölçü götürüləcək və ona bu barədə məlumat veriləcək: «Mən onların yetirdiyi xəsarətlərə görə tibbi müayinədən keçmişəm. Müayinənin də nəticələri təhqiqatçıya verilməli idi. Amma hələ də mənə məlumat verilmir ki, müayinə cavabları onlara çatıb, ya yox».
a168d4
Facebook Şərhləndirmə:

“Sumqayıtlı sürücünü yol polisi idarəsində döydülər” yazısına bir cavab

  1. Igoman deyir:

    Prezidente Mektub yazma bilersiniz.

Şərhinizi yazın