Menu
Geri İrəli

SUMQAYITLI ÜÇQAT DÜNYA ÇEMPİONUMUZ QALİB GƏLDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2009 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur

1164Rusiyanin Tümen şəhərində karatenin WKF növləri üzrə ilk “Çempionlar Kuboku” turniri keçirilib
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmovun verdiyi məlumata əsasən, WKF növləri üzrə Rusiya Karate Federasiyası və Tümen Regional Karate Federasiyasının birgə təşkil etdiyi yarışda Rusiya, İran, Qazaxıstan, Serbiya, Yunanıstan və Azərbaycandan olan 12 karate ustası iştirak edib. Dairəvi sitemlə təşkil olunmuş turnirdə yalnız Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparıblar.
Turnirdə Azərbaycanı karatenin “brilyantı” kimi məhşur olan, milli komandamızın aparıcı üzvü Rəfael Ağayev təmsil edib. Bütün rəqiblərindən üstün olduğunu nümayiş etdirən Ağayev açıq çəki dərəcəsinin qalibi olub. Üçqat dünya çempionu əvvəlcə rusiyalı idmançını, ardından isə İran və digər Rusiya təmsilçisi olan dünya çempionunu məğlub edərək yarımfinala yüksəlib. Final uğrunda döyüşdə serbiyalı idmançıya qalib gələn karateçimiz, yunanıstanlı rəqibi ilə həlledici görüşü də üstünlüklə başa vuraraq, 3 min avro pul mükafatına sahib olub.

Yarış təşkilatçıları “Çempionlar Kuboku” turnirinin ənənəvi olaraq hər il noyabrın son günlərində Tümendə keçriləcəyini bildiriblər.

Mənbə: Xezerxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın