Menu
Geri İrəli

Sumqayıtlı xanım “Vulkan” moteldə intihar edib – ŞOK TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2014 • Baxış sayı: 1,348 dəfə • 3 şərh

intiharBakının Binəqədi rayonu ərzisində baş verən qətl hadisəsinin təfərrüatları bəlli olub. Rayonun Polis İdarəsindən Modern.az-a verilən məlumata görə hadisə gecə saat 21 radələrində “Vulkan” moteldə  baş verib.

“Mətbuatda yazıldığı kimi bıçaqlanma hadisəsi baş verməyib. Sumqayıt sakini Afaq Şükürova moteldə asılmış vəziyyətdə tapılıb”-deyə Polis İdarəsindən qeyd edilib. Həmin qadının yüngül həyat tərzi keçirdiyi bildirilir. Onun özünü asdığı, yoxsa buna məcbur edildiyi istintaq araşdırmasından sonra bəlli olacaq.

Hazırda hadisəylə bağlı araşdrıma gedir.

***

Moteldə baş verən ölüm hadisəsinin faciəli məqamları da bəlli olub. Nəzərinizə çatdıraq ki, asılmış vəziyyətdə tapılan Afaq Şükürova ilə onun yanında olan şəxs yaxın qohumdur. Əvvəllər bir-birini sevən əmiqızı və əmioğlu bir neçə ildən sonra yenidən görüşüb. Qeyd edək ki, qadın əmisioğlunu sevməsinə baxmayaraq, başqasına ərə gedib.
Bir müddətdən sonra görüşən köhnə sevgililər “Vulkan” moteldə 15-16 şüşə müxtəlif növ içki qəbul etdikdən sonra yaxın münasibətdə olublar. Hadisədən sonra özünə gələn qadın etdiklərini özünə bağışlaya bilməyib və özünü asaraq intihar edib. Yanındakı kişi isə şüşə qırıqları ilə biləklərini kəsib. Əmioğlu polis orqanları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma gedir.

Gülşən RAUFQIZI

Facebook Şərhləndirmə:

“Sumqayıtlı xanım “Vulkan” moteldə intihar edib – ŞOK TƏFƏRRÜAT” yazısına 3 cavab

  1. Azerbaycan qadini deyir:

    Salam, Gulsen xanim. Xahis edirem, qadinin unvanini ve ailesini tapib, danisdirasiniz. Bu hadisenin sebebini onun evinin icinde axtarin! Xanimin qonsulari, usaginin muellimleri ve usaqlarini danisdirin, onun exlaqsiz olmadigini goreceksiniz. Ne sebebe evden cixsigini ve ozunu asdigini da usaqlari anladar. Emisi oglu Afaqdan 11 yas kicikdir. Allahsiz jurnalistler agillarina geleni yazir ! Emiogulluga 7 oglandirlar emisinin qizi yoxdur, onlar hemise deyirdi ki, Afaq bizim de bacimizdir. …

  2. Guler Khahramanzade deyir:

    Hansi savadsiz jurnaList yazib bunu?Oz yazdigLariva ozun inandin?gadinin 36,ogLanin 24 yashi heLe indi var. Boyuk ogLunun 16 yashi var. Ne ara, hansi ILLerde sevdi bunLar biri-birini?Ne varsa, gunah oz evindekindedir. Adam kishi oLar,aiLesine sahb chixar,daha beLe ucuz parashaLarLa gadinindan gurtuLmaz!)O gadini taniyanin biri men,uzagdan da tanisam, insanin menLiyi uzune vurur.. ALLAH ona sher atib,beLe ucuz pLan guranLarin ve beLe deshevi intervu yazanLarin beLasini versin In sha ALLAH…!

  3. Sumqayitli xanim deyir:

    Salam.Men Afaqi taniyiram.Onun yungul exlaqli qadin oldugunu yazmisiz..Allahdan qorxmayan ve iwinie mesuliyyetle yanawmayan vicdansiz jurnalist bunu yaza biler..Onun ne qeder exlaqli ve temiz bir qadin oldugunu biz bilirik.Nece Azerbaycanlisiniz ki,iki qiz, bir ogul anasi olan mehruma bu bohtani yaza bilirsiniz..Bir onun qonwularini ,uwaqlari ile bir mektebde oxuyan valideynleri ,uwaqlarinin muellimlerini dindirin ,arawdirin gorun o ,nece ana olub.Ayibdir,ona kicik herfle yox, boyuk herfle ANA kelmesi yarawir.Biz ,onu taniyanlar Afaqin temiz adinin ona qayrarilmasini teleb edirik..

Şərhinizi yazın