Menu
Geri İrəli

Sumqayıtlı yazıçının kitabı dünyanın ən böyük universitet kitabxanasında

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2014 • Baxış sayı: 461 dəfə • 1 şərh

varisAzərbaycan yazıçısı Varisin “Son məktub” romanı Avropanın ən nüfüzlü Universitetlərindən biri hesab edilən Böyük Britaniyadakı Birmingem Universitetinin kitabxanasının əsas fonduna qəbul edilib. 

Bu barədə yazıçıya universitet ofisinin vitse-kansleri Lorna Musgrave yazaraq məlumat verib.

Qeyd edək ki, 30 000 tələbənin təhsil aldığı Birmingem Universiteti Avropanın 10, dünyanın 60 ən nüfüzlu universitetlərindən biridir, buranin 8 məzunu Nobel mükafatı laureatıdır. Birmingem Universiteti Kral Xartiyasına daxildir. Universitetin 12 kitabxanadan ibarət birləşmiş kitabxanası  isə dünyanın ən böyük universitet kitabxanası hesab edilir. Burada Bibliyanın 1566-cı il unikal nəşri, Uilyam Şekspirin, Çarlz Dikkensin ilk dərc edilmış kitabları qorunub saxlanır.

Kitabxana fonduna 6 milyon ən dəyərli kitab və əlyazması daxildir ki, bunların da 120 000-i XIX əsrədək işıq üzü görüb. Vikipediyanın bir məlumatına görə isə əgər kitabxanadakı bütün kitabları üst üstə yığsan, Everest zirvəsindən 8 dəfə yüksək bir zirvə alınar.

Universitet rəhbərliyinin azərbaycanlı yazıçının romanında diqqətini cəlb edən  əsas cəhət əsərdə müxtəlif xalqlardan olan gənclərin saf sevgi hsslərinin tərənnüm edilməsi, eləcə də qəhrəmanlar arasında Birmingem Universitetinin iki məzununun – ingilis qız Qloriyayla pakistanlı oğlan Pərvizin də olmasıdır.

Onu da qeyd edək ki, “Son məktub” romanında Xocalı soyqırımı – ermənilərin törətdikləri vəhşiliklər də yer alıb.

Birmingem Universitetinin kitabxanasına yer məhdudluğu üzündən son illər ümumiyyətlə kitab qəbulunun dayandırılması barədə məlumat var idi. Əlbəttə, azərbaycanlı yazıçının kitabının kitabxananın əsas fonduna daxil edilməsi qürür doğuracaq bir hadisədir.

Qaynar.info

Facebook Şərhləndirmə:

“Sumqayıtlı yazıçının kitabı dünyanın ən böyük universitet kitabxanasında” yazısına bir cavab

  1. leyla deyir:

    sizinle fexr edirem!!!

Şərhinizi yazın