Menu
Geri İrəli

Sumqayıtlı yazıçının kitabı “Ən populyar 1000 kitab” reytinqinə daxil olub

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2014 • Baxış sayı: 460 dəfə • Şərh yoxdur

Varisin İstanbulda işıq üzü görən “Son məktub” romanı Türkiyənin nüfuzlu “1000 Kitab.com” portalındakı “Ən populyar 1000 kitab” reytinqinə daxil olub. Bu barədə Lent.az-a məlumat verən yazıçının sözlərinə görə, roman sürətlə irəliləyərək 192-ci mövqedə qərarlaşıb.

 Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Xalid Hüseyninin “Çərpələng uçuran”, Paolo Koelyonun “Kimyagər”, Əlif Şəfəqin ”Aşk”, Rəşad Nuri Güntəkinin “Çalıquşu” kimi romanlarının yer aldığı reytinqdə Türkiyə kitab bazarında dövriyyədə olan 60 min adda yerli və xarici, habelə klassik yazıçıların ən çox bəyənilən romanları yer alıb.

 “Son məktub” romanı bu ilin mart ayında çap olunub.

 “1000 ən populyar kitab” reytinqi adıçəkilən ədəbiyyat portalında “Ən çox oxunan kitablar” və “Ən yaxşı kitablar” reytinqləri ilə yanaşı, çoxminli ədəbiyyat həvəskarının rəyi əsasında formalaşır.

varis

Facebook Şərhləndirmə:

Şərhinizi yazın