Menu
Geri İrəli

Sumqayıtlılar artıq “Vəlvələçay”dan su içəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2013 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, bir aydan sonra Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün inşa olunan taxta körpü su anbarından suyun Ceyranbatan su anbarına verilməsinə başlanılacaq. İşlərin əsas hissəsi artıq sona çatıb.
Hazırda ərazidə inzibati binaların tikintisi və anbarın mühafizə zolaqlarının inşası davam edir. İlin sonuna kimi anbardakı suyun həcmi təxminən 268 milyon kub metr olacaq.

Artıq ilkin sınaqlar da həyata keçirilib. Sentyabr ayında anbardakı suyun Ceyranbatan su anbarına verilməsi prosesi uğurla nəticələnib.
Bundan əlavə, anbara su gətirən Vəlvələçay – Taxtakörpü kanalı vasitəsilə Şabran rayonunda 9 min 250 hektar və Quba rayonunda 918 hektar mövcud suvarılan torpaqların suvarma suyu ilə təchizatı yaxşılaşdırılacaq. Həmçinin Şabran rayonunda 8 min 866 hektar yeni suvarılacaq sahələrin istifadəyə verilməsi hesabına suvarılan torpaq sahələrinin artırılmasına imkan yaradır.

Su anbarının dərinliyi orta hesabla 100 metrdir. Anbarın inşa olunan bir bəndinin alt hissəsinin eni 1 km-ə yaxındır. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.

Stansiyada sərfiyyata nəzarət hovuzu da yaradılıb. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Su elektrik stansiyası şimal bölgəsi rayonlarının elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq.

Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın