Menu
Geri İrəli

Sumqayıtlılar Bakıya gəmi ilə gedə biləcək – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2015 • Baxış sayı: 4,280 dəfə • Şərh yoxdur

IMG_5675Sumqayıtda geniş quruculuq işlərinə başlanıb. Atıq sənaye şəhərinin dənizkənarı bulvarının layihəsi də nümayiş olunub. Layihə gerçəkləşəndən sonra Sumqayıt bulvarı Bakıdan heç də geri qalmayacaq. Hətta bulvardan Bakıya gəmilərin hərəkəti üçün şərait yaradılacaq

Yenilənən Sumqayıtda dənizkənarı bulvar da yeni görməkdə olacaq. Sumqayıt bulvarında geniş yenidənqurma işlərinə başlanıb. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən bulvarın yeni layihəsi hazırlanıb.

Artıq Nəsimi parkında yenidənqurma işlərinə başlanılıb. Və uzun müddətdir zibil əlindən yararsız qalan bu ərazi də yeni bulvarın ərazisinə qatılacaq. Həmçinin, dəniz kənarında da bərkitmə işləri aparılır

Burada müasir ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu, yaşayış binaları inşa olunacaq. Bununla yanaşı çimərlik zonasında da əsaslı işlər görüləcək. Layihəyə əsasən Heydər Əliyev mərkəzinin tikintisinə başlanılıb. Həmçinin bulvarda şahmat məktəbi və kinoteatr da inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və Bakı şəhərinə gəmilərin hərəkəti təmin olunacaq. xezerxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın