Menu
Geri İrəli

Sumqayıtlılar Millət Vəkili Muxtar Babayev haqqında nə dedi?

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Avqust 2015 • Baxış sayı: 1,065 dəfə • 1 şərh

Muxtar_Babayev“Deputat 2015″ facebook səhifəsi millət vəkilləri ilə bağlı davamlı olaraq sorğu keçirir. Səhifədə Sumqayıt şəhər 43 saylı seçki dairəsindən millət vəkili seçilmiş Muxtar Babayevlə bağlı keçirilmiş sorğuya şəhər sakinləri münasibətini bildirib. sumqayitxeber.com şəhər sakinlərinin millət vəkili ilə bağlı fikirlərini təqdim edir:

Mətanət Məhərrəmova:

Muxtar Babayev! Çox böyük hörmət və ehtiramla bu adı yazıram. Deputatlıq fəaliyyətinə başladığı  gündən bu günə kimi Muxtar müəllim Sumqayıtlılarladı. Onların problemləri istiqamətində saysız-hesabsız işlər görməkdədir. Humanitar təşkilatın rəhbəri kimi tam əminliklə deyə bilərəm ki, Muxtar müəllim yeganə millət vəkilidir ki, Sumqayıtda cəmiyyətimizin xətti ilə keçirilən humanitar tədbirləri dəstəkləyib. İmkansız insanları təmənnasız göz əməliyyatları etdirmiş, adi və bayram günlərində minlərlə imkansız ailələri sevindirmiş, bir çox bağçaların, xeyir-şər evlərini təmir etdirmiş, müraciət edənləri naümüd qoymamışdı. Kaş millət vəkillərimizin hamısı seçildiyi dairədə seçicilərin problemləri ilə maraqlana, onların problemlərini lazımı yerlərə catdıra. Mən Muxtar Babayevə qarşıdakı seçkidə uğurlar arzulayıram!

Vüsal Məmmədov: 

Sumqayıtın dəyərlərinə sumqayıtlıların çoxusundan daha çox dəyər verən adamdır. Məmur etikası, vətəndaş-məmur münasibətlərində Sumqayıt üçün yeni hadisədir M.Babayev. İnanmayanlar bir dəfə görüşünə getsin – görsün necə qarşılanacaq, necə dinləniləcəklər… Tanımadığımız adamı, bilmədiyimiz mövzunu lütfən şərh etməyək!

Gülnar Tanrıverdiyeva

Sumqayıtda bir çox humanitar aksiyaların icrasında birbaşa iştirak edən, xeyirxah insan kimi öz yardımlarını ehtiyaclı insanlardan qətiyyən əsirgəməyən, eyni zamanda əhalinin problemləri ilə maraqlanan bir millət vəkili. Onun əhali üçün etdiyi işləri saymaqla bitməz. Bunu, ən yaxşı sumqayıtlılar bilər. Elə təkcə hər il müxtəlif məhəllələrdə təşkil olunan iftar süfrələrini qeyd etsəm tanımayan insanların da təsəvvüründə bu şəxsiyyətin obrazı canlanar. Seçkilərdə Muxtar Babayevə uğurlar arzulayıram!

Səadət Həsənova:

Muxtar Babayev bizim deputatdir, Sumqayıtın 43 saylı seçki dairəsindən seçilmişdir. Sumqayıtın bu ərazisində yaşayan insanların 90% Muxtar müəllimi taniyir. Muxtar müəllimin gördüyü işlərdən bizim ərazidə gördüklərimi deye bilərəm, neçə xeyir-şər evlərində əsaslı təmir-tikinti işləri görülüb, neçə həyətdə uşaqlar üçün uşaq meydançaları yaradilib, bu çox vacibdir- uşaqlar üçün görülən işlər, uşaq baxcası təmir etdirilib,yaşılıq həyətlərimizdə çoxalib,daima seçiciləri ilə görüşlər keçirib, problemləri ilə maraqlanıb, nə qədər insanlara köməklik edib və edir. Muxtar müəllim hər bir seçiciyə diqqətlə yanaşır, bizdə onun qəbulunda olmuşuq və doğrudanda bizi- adi vətəndaşları çox gözəl qarşılamışdı.

Ruslan Heybətov:

Baku 2015 yarışlarının birində qarşımda oturmuşdu . Bu insanın nə qədər səbirli olduğunu onda gördüm , yarış boyu bir xanım azərkeş qarşısında ayaq üstə durub bayraq sallayırdı və yarışı izləməyə imkan vermirdi . Bir dəfə də olsun xanıma demedi ki,otursun . Bax onun səbrli olmağı xoşuma gəldi , Halal olsun

Samir İmamverdiyev:

Hər bir Sumqayitli vətəndaş Bu insanın gördüyü işlər haqqinda çox gözəl bilirler, gördüyü işləri sadalamaq istəmirəm. Amma istərdim mənim ailəmə göstərdiyi köməyə görə ona dərin Təşəkkürümü bildirim. Bir dəfə qəbuluna düşməklə, heç bir məmur etmədiyini Muxtar müəllim etdi. Allahdan ona can sağlığı ve işlərində uğurlar arzu edirəm. Sumqayıt şəhərində belə bir insana ehtiyac var. Və növbəti seçkilərdə Muxtar müəllimi görmək istəyirik. 

Zülfi Sadıxov:

18 ildir 43 saylı seçki dairəsinə daxil olan ərazidə yaşayiram. Muxtar Babayev indiyə qədər bu seçki dairəsindən seçilmiş deputatların ən yaxşısı, ən aktivi və ən qayğıkeşidir.Ərazidə onun köməkliyi ilə aparılmış abadlıq- quruculuq işlərinə sadəcə bir dəfə baxmaqla əmin olmaq olar. Bütün bayramlarda az təminatlı ailələrə və şəhid ailələrinə maddi köməklik göstərdiyinə şəxsən şahid olmuşam. Hər il Ramazan ayi ərəfəsində iftar süfrəsi açıb biz seçicilərlə birlikdə olub. Mənim fikrimcə Muxtar Babayev Parlamentimizdə fəaliyyət göstərən Millət Vəkillərinin birinci qabaqcil onluğuna daxildir!.

Bəsirə Ağayeva:

Muxtar Babayev gələcəyə yönəlmiş siyasətini aparan deputatlardan biridir. Gənclərlə keçirilən intellektual oyunlar  gənclərin bilik dairəsini artırmağa yönəlmiş proyekt idi. Şagirdlərin ekoloji biliklərini artırmaq məqsədi daşıyan elmi konfraslar, müsabiqələr, yaşıllaşdırma aksiyalari və s. Peşə məktəblərinin işləmədiyi dövürdə istehsalata vacib kadrları hazırlamaq məqsədi ilə peşə məktəbi açmaqla Sumqayıt gənclərinin işə qəbulu məsələsində uğurları, şəhərin bütün içtimai həyatında iştirak edərək seçicilərin problemlerini yerində həll edirdi. Muxtar müəllim, Sizə Allahdan uğurlar diləyirəm.

Afaq Qafarova:

Muxtar Babayev tanıdığım çox az insanlardandır ki, o insana hər bir mənada tam əminliklə ağıllı, müdrik, ziyalı, geniş dünyagörüşə malik, obyektiv, güclü rəhbər və millət vəkili demək olar. Belə insanlar cəmiyyətdə təəssüf ki, çox azdır. Dəyərli və çox nadir intellekt sahiblərindən biri

Rəşad Əzizov:

Muxtar müəllim! Olduqca səmimi, savadlı insandır. Öz sahəsində işinin peşəkarıdır.

İlqar Həsənov

Nə qədər deputat gəlib gedib bizim əraziyə ancaq heç birini tanimamişdiq. Ancaq Muxtar müəllim gəldikdə biz bildik ki, deputat nə işlər görməyə qadirdi. Mən hər zaman Muxtar müəllimi dəstəkləyənlər arasinda olacam ve ümid edirem ki IN ŞA ALLAH gelecek deputatimiz da Muxtar müəllim olacaq.

Aytən İsgəndərova:

Həqiqətən də Muxtar Babayev millət vəkili olduğu müddətdə öz seçiləri qarşisinda verdiyi vədləri yerine yetirmiş, hər zaman onlara dayaq olmuşdur .Belə millət vəkillərinə bizlərin hər zaman ehtiyaci var. Qarşidaki seçkilərdə onun yenidən namizədliyinin irəli sürülməsinə inaniriq.

Elvin Məmmədzadə:

Muxtar Babayev işçilərinin hər zaman qayğisina qalan çox sadə rəhbər, sumqayitlilarin da dəyərli millət vəkilidir. Çox gözəl, səmimi bir insandir. Daim gəncləri destəkləyir ve gənclərin uğurla inkişaf etməsi üçün əlindən gələni etmişdir. Muxtar müəllimə uğurlar arzu edirəm.

Hazırladı: Sevinc Salehqızı

Facebook Şərhləndirmə:

“Sumqayıtlılar Millət Vəkili Muxtar Babayev haqqında nə dedi?” yazısına bir cavab

  1. Sumaqyitli deyir:

    Sumqayitlilara komeyi deyen her kese esq olsun!

Şərhinizi yazın