Menu
Geri İrəli

Sumqayıtlılar prezidentə nə yazır? – MƏKTUBLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2016 • Baxış sayı: 1,286 dəfə • Şərh yoxdur

ilham eliyev2sumqayitxeber.com president.az-a istinadən son bir ay ərzində Sumqayıt şəhər sakinləri tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubları təqdm edir: 

Hörmətli cənab Prezident!

Dünyanı bürüyən iqtisadi böhran bir çox ölkələri tənəzzülə uğratsa da, Azərbaycana bir o qədər də təsir etmədi. Sizin dediyiniz kimi, “biz bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq”.

İmzaladığınız fərman və sərəncamlarla əməkhaqqıları  və pensiyalar artırıldı, abadlıq-quruculuq işləri davam etdirildi. Respublikanın müxtəlif bölgələrində yolların, mədəni-məişət obyektlərinin təmir və tikintisi üçün mütəmadi olaraq lazımi vəsait ayırırsınız. Bu hal Sumqayıt şəhəri üçün də səciyyəvidir. Şəhərimizdə yaşayış binalarının dam örtükləri və liftləri yenilənib, abadlıq işləri həyata keçirilməkdədir. Xüsusilə yeni liftlərdən istifadə insanlara rahatlıq gətirib.

Əziz Prezidentimiz, bütün bunlar Sizin ölkə vətəndaşlarına, o cümlədən biz sumqayıtlılara olan diqqət və qayğınızı bir daha nümayiş etdirir. Buna görə Sizə dərin minnətdarlığımızı bildirir, “Çox sağ olun” deyirik.

Dərin hörmətlə,

Mikayılov Əfrayıl.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

****

Dünyada hökm sürən iqtisadi böhranın Azərbaycana təsirinin minimuma endirilməsi istiqamətindəki fəaliyyətinizi ürəkdən dəstəkləyirik. Sizin rəhbərliyinizlə iqtisadiyyatımızın daha da inkişaf edəcəyinə, xalqımızın rifahının daim yüksələcəyinə əminik.

Son vaxtlar şəhərimizdə aparılan abadlıq və quruculuq işləri yaşadığımız 11-ci mikrorayonda da müşahidə edilməkdədir. Belə ki, binaların və məhəllələrin işıqlandırma sisteminin yenilənməsi, məhəllələrdə hasarların sökülərək uşaqlar üçün oyun sahələrinin genişləndirilməsi bizi çox sevindirir.

Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Babayev Elşad Kərim oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Sizi Sumqayıt şəhər 18-ci mikrorayonda yaşayan qadınlar adından salamlayıram. Şəhərimizə göstərdiyiniz diqqət və qayğı bizləri çox sevindirir. Yaşadığımız mikrorayonda köhnə dam örtüklərinin müasir örtüklərlə əvəz olunması hamı tərəfindən razılıq hissi ilə qarşılandı. Allah köməyiniz olsun. Bütün anaların duaları daim Sizinlədir.

Hörmətlə,

Mərcan Əsədova

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Son vaxtlar Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri şəhər sakinlərini çox sevindirir. Doğma şəhərimizdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi ilə bağlı Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılması Sizin Sumqayıt əhalisinə olan diqqət və qayğınızın bariz nümunəsidir. Bizim yaşadığımız 17-ci mikrorayonda da binaların dam örtükləri yenilənir.

Sevimli Prezidentimiz, bir Sumqayıt vətəndaşı kimi Sizə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məlahət Məsim qızı Kərimova

69 nömrəli körpələr evi-uşaq bağçasının işçisi

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 17-ci mikrorayon.

***

Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu layihələr nəticəsində ölkəmizin bütün rayon və şəhərləri sürətlə inkişaf etməkdədir. Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da aparılan abadlıq-quruculuq işləri bizi çox sevindirir. Şəhərimizin Azərbaycan və H. Əliyev prospektlərində evlərin gülbax daşı ilə üzlənməsi, dam örtüklərinin əsaslı təmiri onların simasını dəyişib, gözəlləşdirib.

Möhtərəm cənab Prezident, bir şəhər sakini kimi həyata keçirilən bu işlərlə fəxr edir, qürur hissi  duyuram. Şəhər sakinləri adından Sizə sonsuz minnətdarlığımızı çatdırırıq.

Hörmətlə,

Fərəcova Nəzakət Rəhman qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Sumqayıtın siması gündən-gündən dəyişir. Şəhərimizdə görülən işlərin yaşadığımız 18-ci mikrorayondan başlanması hamımızı çox sevindirdi. Hündürmərtəbəli binaların liftlərinin yeniləri ilə əvəz olunması bütün sakinlər tərəfindən sevinc hissi ilə qarşılandı.

Möhtərəm cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzu edirik. Allah köməyiniz olsun.

Hörmətlə,

Qədirov Şahin Hüseynağa oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Hörmətli cənab Prezident!

Son vaxtlar şəhərimizdə aparılan abadlıq və quruculuq işləri bütün sakinləri çox sevindirir. Yaşadığımız 18-ci mikrorayonda binaların köhnə dam örtüklərinin yeniləri ilə əvəz edilməsi hamımızın sevincinə səbəb olub.

Şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə çox minnətdarıq.

Hörmətlə,

Əhmədova Məlahət Şaşan qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Respublikamızda müəllimlərinə göstərdiyiniz qayğıya görə Sizə təşəkkürümüzü bildiririk. Dünyada iqtisadi böhranın hökm sürdüyü, qonşu ölkələrdə devalvasiyaların baş alıb getdiyi bir vaxtda müəllim ordusunun sosial-rifahının nəzərə alınması, müəllimin zəhmətinə daim yüksək qiymət verilməsi heç zaman diqqətimizdən qaçmayıb.

Hörmətli cənab Prezident, Sizi əmin edirik ki, biz də həmişə dövlətimizin siyasətini dəstəkləyəcək, ölkəmizin əmin-amanlığı, firavanlığı naminə əlimizdən gələn köməyi əsirgəməyəcəyik.

V. İbrahimov adına 35 saylı tam orta məktəbin kollektivi adından dərin hörmətlə,

Yazımova Ülviyyə Nəcmulla qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Son vaxtlar şəhərimizdə gedən abadlıq və quruculuq işləri yaşadığımız 17-ci mikrorayonda da müşahidə edilməkdədir. Belə ki, binaların dam örtüyü yenilənib, mikrorayondaxili bütün yollar  işıqlandırılıb. Görülən bu işlər sakinlər tərəfindən sevinc hissi ilə qarşılanır.

Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzu edirik.

17-ci mikrorayonun sakinləri adından dərin hörmətlə,

Əsədov Emin Qulaməli oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 

***

Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə Sizə çox minnətdarıq. Son vaxtlar şəhərimizin hər yerində abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Yaşadığımız 8-ci mikrorayonda məhəlləarası yollara asfalt örtüyünün döşənməsi bütün sakinlərin sevincinə səbəb olub. Biz Sizi daim dəstəkləyir, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Rəhimova Nuranə Vaqif qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Son vaxtlar şəhərimizdə aparılan abadlıq-quruculuq işləri yaşadığımız 9-cu mikrorayondan da yan keçməyib. Belə ki, mikrorayonumuzda binaların dam örtükləri yenisi ilə əvəz olunub, məhəlləarası yollara asfalt örtüyü döşənib. Görülən işlər sakinlər tərəfindən razılıq hissi ilə qarşılanıb.

Möhtərəm cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Qədimalıyev Allahverdi İdris oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın