Menu
Geri İrəli

Sumqayıtlılar şəhərin iki yerə bölünməsinə “yox” dedi – SORĞU

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2013 • Baxış sayı: 261 dəfə • 9 şərh


Bu günlərdə Sumqayıt şəhərinin seçkilərdən sonar iki rayona bölünəcəyi ilə bağlı xəbər vermişdik. Mətbuatda və eləcə də sosial şəbəkələrdə bu xəbər bir müddət gündəmdə qaldı və müzakirəyə çıxarıldı.

Sumqayitxeber.com saytı mövzunun aktuallığını nəzərə alraq şəhər sakinləri arasında sorğu keçirib.

“Sumqayıtın 2 rayona bölünməsini istəyirsiniz?” sualına respondentlərin əksəriyyəti, yəni 63 %-i “Yox” cavabı verib. Sorğuda iştirak edənlərin 19%-i “Hə”, 18 %-i isə “fərq etməz” deyib.

Qeyd edək ki, Sumqayıt şəhərinin iki yerə bölünməsi ilə bağlı məlumatı Sumqayıtın Baş Planının müzakirəsi zamanı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov verib.
O, bildirib ki, bölgü 9 oktyabr prezident seçkisindən sonra həyata keçiriləcək. Lakin E.Əzizov bölgünün hansı ərazidən aparılacağını və rayonların adlarını açıqlamayıb. Şəhər sakinləri arasında gəzən söz-söhbətlərə əsasən, rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun sərhədləri isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək nəzərdə tutulub.

IMG_3556

 

Facebook Şərhləndirmə:

“Sumqayıtlılar şəhərin iki yerə bölünməsinə “yox” dedi – SORĞU” yazısına 9 cavab

  1. Aydin deyir:

    Mən də yox deyirəm

  2. Mətanət Əliyeva deyir:

    Şəhər sakinlərindən soruşublar ki bunu istəyirsiniz ya yox?

  3. Şəbnəm deyir:

    İdarəetməyə görə edirlərsə, çox səhv edirlər. Balaca şəhərdir nə var ki burda idarəolunmaz.

  4. İlqar deyir:

    Şəhəri genişləndirmək əvəzinə bölürlər.

  5. Hafiz deyir:

    Sumqayılt şəhərində dövlət idarətmə qurumları onsuz da milçək qovmaqla məşğuldurlar. Bir şəhər, iki rayon icara hakimiyyəti, polis, prokurorluq və s. kimin üçündür? Əlbəttə ki boynuyoğunlar üçün. Sərt ifadələr üçün üzr istəyirəm.

  6. Ferid deyir:

    Onsuzda Sumqayita baxilmir, Sheher tor tokuntudur, Pis gundedir, Bolenden Sonra Baxacaqlarsa bolsunler…………….

  7. Sonya deyir:

    Çoxlu iş yerləri lazımdır sumqayıtlılara

  8. ulviyye deyir:

    ne olarda bolurersede biz demeknen deyilhec olmasa bu yawil derenin yollarni sarayin yollarini duzelseler yaxwi olar

  9. sumqayıtlı deyir:

    Bölmək,satmaq el adətimizdir.Təəccüblənməyin!Qarabağı da belə rahat bölüb satdılar.ALLAH betərindən qorusun :(

Şərhinizi yazın