Menu
Geri İrəli

Sumqayıtlılar susuz qalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2013 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur
Share Button

Bu gün səhərdən etibarən Sumqayıt şəhərinin əksər mikrorayon və məhəllələrində içməli su kəsilib. Bizimyol.info xəbər verir ki, şəhər təsərrüfat idarəsinin işçiləri yerlərdə hələ bir neçə gün olmayacağını bildirsə də, səbəbi izah etməyiblər. Maraqlıdır ki, suyun kəsilməsiylə əlaqədar yerli icra strukturları əhalini əvvəlcədən xəbərdar etməyiblər. Yaranmış durumla sumqayıtlılar “Azərsu” ASC-nin yerli idarəsiylə əlaqə saxlamağa cəhd etsələr də, telefonları qaldıran olmayıb. Təəssüf ki, aramsız şikayətləri nəzərə alaraq “Azərsu” ASC-nin mətbuat xidmətiylə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Natiq Cavadlı, “Bizim Yol”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın