Menu
Geri İrəli

Sumqayıtlılar yayda harda istirahət edəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2010 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur
Share Button

Havaların isti olması və təhsil müəssisələrində olan tətillərlə əlaqədar olaraq insanlar əsasən yayda  istirahət etməyi düşünür və harasa üz tuturlar. Sumqayitxeber.com saytı sumqayıtlıların yayda harda istirahət etməsi ilə bağlı sorğu keçirib və fikirləri diqqətinizə çatdırırıq:

Intiqam Dadasovİntiqam Dadaşov:

Əvvəllər istirahət üçün göndərişlər olub. Ancaq indi necə deyərlər, öz əlin öz başındır. Hara istəyirsən get istirahət elə. Mənim üçün ən yaxşı istirahət yeri kəndimizdir. Yayda ora çox sərin olur. Ancaq Sumqayıtın dəniz kənarı da  pis deyil.

Esmira :

Keçən il Nabranda istirahət etdik. Bu il də yəqin ki, oranı seçərik.

fuadFuad Salmanlı:

Yayda istirahət yeri kimi, Qəbələ, İsmayıllı, Zaqatala, Masallı, Nabranı qeyd etmək olar ki, bunlardan ən azı ikisinə getmək fikrim var.

Elvin SahbazovElvin Şahbazov:

Yayda əskərliyə yola düşürəm. Yəqin ki, imkan olsa orda istirahət edərəm.

Samir Əlizadə

Samir ƏlizadəSumqayıtda zəhməti çox olmuş şəxslərin, zəhmətkeşlərini və yaxud da ailə üzlərini ən azından dövlət hesabına harasa istirahətə göndərmək olar. Üstəlik sumqayıt bir neçə şəhərlə qardaşlaşmış səhərdir. Digər sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlıq ola bilər. Bizimkilər orda onlar da burda istirahət imkanı əldə etsinlər.

Həm də istirahət deyəndə bizdə belə bir fikir formalaşıb ki, bütün işi gücü atıb yatmalıyıq. Xeyir, əslində istirahət ən gözəl şansdır ki, nə isə maraqlı bir şeylər öyrənəsən. İstirahət zamanı gündəlik iş planlarından azad oluruq, daha çox vaxtımız olur ki, rahat bir şey tətbiq edəsən.

24026_114648215219335_100000224715031_270436_616528_nRafiq Quliyev

Yayda tələbə yoldaşımla Lənkərana “istisu”ya getmək istəyirəm. Çalışıram hər yay hardasa istirahət edim. Belə olduqda yeni təhsil ilinə daha həvəslə başlamaq olur.

Vəfa

Əgər maddi imkan olsaydı harasa getmək haqda düşünərim. Yəqin ki, evdə istirahət edəcəyik. Əgər buna istirahət demək düzdürsə.

Samirə Məmmədova

Yaxşı olardı ki, Sumqayıtda turizm obyektləri olsun. Biz də elə burda istirahət edək. Məncə iş adamları bu haqda düşünməlidir.

Anar

Mən tələbəyəm. Yayda işləmək haqda düşünürəm. Yəqin ki, istirahət etməyə vaxtımız olmaz.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın