Menu
Geri İrəli

Sumqayıtlıların sevimli müəllimi dünyasını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 8,382 dəfə • 2 şərh
Share Button

minare

sumqayitxeber.com xəbər verir ki, Sumqayıtın tanınmış pedaqoqu Minarə Tahirova vəfat edib.

Qeyd edək ki, 81 yaşlı pedaqoq bu günlərdə ağır vəziyyətdə Bakıda xəstəxanalardan birinə yerləşdirilmişdi.

Minarə Məmməd qızı Tahirova:

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub.

1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olub.

1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir:

“Sumqayıt hər bir sumqayıtlının tale şəhəridir. Mənim isə öz şəhərimdir.”

Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə işləyib.

1981-1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru vəzifəsində çalışıb.

1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini,23 saylı məktəbdə direktor vəzifəsidə çalışıb.

1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib.

“SSRI təhsil əlaçısı”, “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”,  “Respublika qabaqcıl maarif xadimi” döş nişanları ilə təltif olunub.

2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülüb, prezident təqaüdçüsüdür.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

sumqayitxeber.com olaraq Minarə Tahirovanın vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtlıların sevimli müəllimi dünyasını dəyişdi” yazısına 2 cavab

  1. Kənan Muxtarov deyir:

    Minarə müəllimə çox əziyyətimizi çəkmişdi. Gərçəkdən kədərləndim.
    Minarə müəllimənin ailəsinə, əzizlərinə, onu tanıyan və sevənlərin hamısına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirəm.
    Allah rəhmət eləsin! Qəbri nurla dolsun…

  2. Yunusova Ş.Ə. deyir:

    Minarə müəllimənin Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olmuşdur.Müəllimlər müəllimi Minarə müəllimənin yetirmələri onun zəhməti sayəsində cəmiyyətdə öz layiqli yerlərini tutublar. Sağlığında ölməzliyini qazanmış Minarə müəllimənin xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır. Bir yetirməsi kimi mən ölməz Minarə müəllimənin ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Amin

Şərhinizi yazın