Menu
Geri İrəli

Suriyada daha bir sumqayıtlı öldürüldü

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2014 • Baxış sayı: 620 dəfə • Şərh yoxdur

3623

Onlardan biri Sumqayıt, digəri Şəki sakinidir

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

APA-nın xəbərinə görə, ölən döyüşçülər “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan “İbrahim Sumqayıtlı” və “Seyfullah Şəkili” ləqəbli Azərbaycan vətəndaşlarıdır.

Hər iki şəxsin fotosu da yayılıb.

Araşdırmalar nəticəsində “İbrahim” ləqəbli Sumqayıt sakininin əsl adının Rüfət Aşurov, “Seyfullah” ləqəbli Şəki rayon sakininin isə Ruslan Məmmədov olduğunu müəyyənləşdirib.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın