Menu
Geri İrəli

Suriyada döyüşən vəhabilər Azərbaycanı hədələdi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2014 • Baxış sayı: 702 dəfə • 1 şərh

suriya-vehabiSuriyada döyüşən Azərbaycandan olan vəhhabilər daha bir iyrənc və təhqir dolu kampaniyaya start veriblər.

Onlar dövlət tərəfindən verilmiş pasportlarını nümayişkəranə şəkildə cırıblar. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, bu dəfə radikal dini cərəyanın nümayəndələri Azərbaycan pasportlarını kütləvi şəkildə cırmağa başlayıblar.

Həmin məlumatda vurğulanır ki, Yəhya əl-Azəri adlı şəxsin profilində yayımlanmış fotoda da Azərbaycan pasportlarının cırıldığı əks olunub. Üstəlik onlar fotonun altından belə bir söz də yazıblar: “Allaha həmd olsun. Tağutun saını təsdiqləyən sənədləri belə cırdıq”.

Yəhya əl-Azəri Suriyada döyüşən azərbaycanlı vəhhabilərin komandiri olub və bir müddət əvvəl döyüşlərdən birində öldürülüb. Hazırda isə onun profilini həyat yoldaşının istifadə etdiyi ehtimal olunur. Çünki yazılan statusların bir çoxunda «ərim öldükdən sonra» sözlərinə rast gəlinir.

Qeyd edək ki, vəhhabilərin bu hərəkəti açıq şəkildə Azərbaycana qarşı üsyan deməkdir. Üstəlik, bu həm də Azərbaycana dövlətinə xəbərdarlıq kimi başa düşülür. Belə ki, vəhhabilər bununla Azərbaycan adlı dövlət tanımadıqlarını və zamanı çatdıqda onlara qarşı da döyüşəklərini nümayiş etdirirlər. Burada maraqlı nüans odur ki, vəhhabilər hədəf olaraq, təkcə Azərbaycan dövlətini deyil, eyni zamanda xalqı da hədəfə alırlar. Onların əqidəsinə görə, şiələr kafirdilər və onların malı, canı və namusu vəhabilərə halaldır.

Facebook Şərhləndirmə:

“Suriyada döyüşən vəhabilər Azərbaycanı hədələdi” yazısına bir cavab

  1. sebiwka deyir:

    Allah bilir hansi yok duzdu .Allah hamiya hidaet eder in sa allah ki yehya duz diyir in sa allahki sehiddi

Şərhinizi yazın