Menu
Geri İrəli

Sürücülər diqqət: Vaxt bitdi – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2013 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

Qaydaları pozanlar 150 manat cərimələnəcəklər.

2013-cü ilin 15 aprel tarixində Metrologiya və Patent üzrə dövlət komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

ANS TV-yə xəbər verir ki, artıq 16 noyabr tarixindən etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulacaq.

Bakı şəhər Dövlət Polis İdarəsinin İctimai Qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, yalnız avtomaşınların arxa alın şüşəsinə vurulan pərdə və görüntünü məhdudlaşdıran vasitələrə icazə veriləcək. Bundan başqa bəzi avtomaşınların arxa tərəfində yük hissəsinin şüşələrinə jalüz və görüntünü məhdudlaşdıran vasitələrin vurulmasına da icazə verilir:

“Noyabr ayının 15-indən etibarən avtomobillərin arxa yan qapı şüşələrinə vurulan pərdələrin icazə müddəti bitir. Artıq o gündən etibarən həminsürücülər qaydaya əməl etməsə, məsuliyyətə cəlb olunacaq. Xatırladım ki, yol hərəkatı qaydasının maddəsinə əsasən həmin sürücülər 150 manat miqdarında cərimə ediləcək”.

tixac-1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın