Menu
Geri İrəli

Sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu dağılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2015 • Baxış sayı: 615 dəfə • Şərh yoxdur
44763Əgər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş vermiş sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu da dağılacaq.
Bu barədə Milli.Az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəflideyib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürüşmənin baş verdiyi ərazi “Azəryolservis”in balansında deyil. Hələlik sürüşmə Bakı-Sumqayıt yoluna ciddi təsir göstərməyib və nəqliyyat vasitələrinin yolla hərəkətinə heç bir qadağa qoyulmayıb: “Buna baxmayaraq, baş verən sürüşmə yol üçün böyük təhlükə törədir. Ona görə də hər ehtimala qarşı ərazidə bəzi qabaqlayıcı tədbirlər görülüb ki, sürüşmə yola təsir etməsin. Sürüşmə nəticəsində əmələ gələn çatların üstü asfaltla örtüldü ki, yağış yağarsa, su axıb sürüşməni sürətləndirməsin”.
“Azəryolservis” rəsmisi bildirib ki, hələlik hadisə ilə bağlı araşdırmalar davam edir: “Məsələ ilə bağlı yekun rəyi Fövqəladə Hallar Nazirliyi verməlidir. FHN səbəbləri və təhlükənin dərəcəsini açıqladıqdan sonra işimizi ona əsasən quracağıq. Böyük ehtimalla, orada yarğan sökülüb, ərazidə bərkitmə işləri aparılacaq”.
Qeyd edək ki, dünən, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, Bakı Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə, çökmənin əhatə dairəsi genişlənə bilər.
Onun sözlərinə görə, əgər yağış yağarsa, sürüşmə, çökmə ərazilərinin sahəsinin böyüyəcəyi ehimal edilir. Hadisənin ilkin səbəbinin isə həmin yerə yaxın ərazidə suvarılma işlərinin aparılması, atmosfer çöküntülərinin artıq olması güman edilir.
Nazirlik rəsmisinin sözlərinə görə, əvvəllər həmin ərazidə müəyyən problemlər olub, lakin əlavə təsirlər ərazidə qeyd edilən hadisənin baş verməsinə səbəb olub.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın