Menu
Geri İrəli

Təhsil naziri Sumqayıt məktəbləri ilə bağlı əmr imzaladı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2013 • Baxış sayı: 194 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının təhsil naziri “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” və “Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrlər imzalanıb.

“İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” əmrə əsasən, 2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot məktəbində tətbiq edilən “İngilis dilinin intensiv tədrisi” layihəsinin 2013-2014-cü tədris ilində ölkə üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara alınıb.

Əmrdə, həmçinin Sumqayıt “Təfəkkür” liseyi və şəhər 23 nömrəli məktəblərdə  layihənin tətbiqinə başlanılması qeyd olunub.

Dərs ili ərzində 520 nəfər ingilis dili müəlliminin müvafiq təlimlərdə iştirakının təmin olunması, pilot məktəblərin dərslik və dərs vəsaitləri ilə təmin edilməsi məsələləri də əmrdə əksini tapıb.

“Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrə əsasən Sumqayıt şəhəri 11 nömrəli məktəbin  I-IV və V-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsinin davam etdirilməsi nəzərdə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın