Menu
Geri İrəli

Təhsil naziri Sumqayıtda görüş keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2013 • Baxış sayı: 444 dəfə • 2 şərh
Share Button

Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Tarix Muzeyində Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərini qəbul edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, müxtəlif səbəblərdən təhsildən kənarda qalmış məktəbyaşlı uşaqların təhsilinin davam etdirilməsi, təhsil sənədlərinin tanınması, təhsil müəssisələrində çalışmanın yaş həddi, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil formasının dəyişdirilməsi, bərpası, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət və digər məsələlərlə əlaqədar müraciət ediblər.
114 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

mikail

Facebook Şərhləndirmə:
Share Button

“Təhsil naziri Sumqayıtda görüş keçirdi” yazısına 2 cavab

  1. veli axundi deyir:

    heyif o görüşdən o nə verəcək ki yenə pulgirlik baş alib gedəcək, gəlin bizim liseyə(ttel) direktorumuz əmək, zavuçumuz musiqi müəllimidir, şagirdləri muzukalnı soyurlar.
     
     

  2. veli axundi deyir:

    monitorinqde pis yazan şagirdin üzünə direktorun tüpürməsinə millət necə baxir
    oxumaq yaxşı şey idi elə özün də oxuyub bir yaxşı fənn məllimi olaydın da ay Rüxsarə
    səndən direktor yox yaxşı sözgəzdirən olar……

Şərhinizi yazın