Menu
Geri İrəli

Təhsil şöbəsinin müdiri kim olacaq? – VERSİYALAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2013 • Baxış sayı: 626 dəfə • 2 şərh

Bir aydan çox vaxt keçməsinə baxmayaraq, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə yeni təyinat edilməyib. Mart ayının 18-də Mahal Əliyevin vəzifəsini tərk etməsindən keçən dövr ərzində bu vəzifəni müdir müavini Vaqif Ələkbərov yerinə yetirir.

Bu bir ayda bu posta heç kimin təyin olunmamasına gəlincə isə, hələ 2 həftə öncə Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə eyham vurmuşdu ki, bu təyinat bir qədər vaxt aparacaq. Sitat: «Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin birgə təqdimatı olmalıdır. Bundan sonra isə həmin vəzifəyə təyinat olur».

Şübhəsiz ki, bu posta iddialılar da, namizədlər də yox deyil. «168 saat»ın müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə namizədlərin sayı az qala 10-a yaxınlaşıb. Onların arasında ən real olanların adlarını diqqətinizə çatdırırıq.

Şöbə müdirliyinə ən real namizədlərdən biri kimi Sumqayıt TET Gimnaziyasının müdiri Nizami Əhmədovun adı hallanır. Qəzetmizi məlumatlarından mənbə Gimnaziya rəhbərinin özünün də belə iddiada olduğunu bildirib.

Başqa bir namizəd kimi millət vəkili Leyla Abdullayevanın adı hallandırılır. Ancaq məktəb direktorunun deputatlıq fəaliyyəti bu mənada perspektivini bir qədər azaldır.

24 saylı məkəbin direktoru Mehriban Nəcəfova da namizədlər arasındadır. Direktorun bu vəzifəyə iddiasını yüksək vəzifə tutan məmurlardan birinin dəstəklədiyi və bu təyinat üçün səy göstərdiyi də bildirilir.

Keçmiş şöbə müdiri Mahal Əliyevin təqdimatı ilə vəzifəsini itirmiş 35 saylı məktəbin direktoru Nazim Yusifovun adı da bu mənada hallandırılanlar gərcəsindədir.

Texniki və təbiət elmləri təmayüllü liseyin direktoru Rüxsarə Əhmədova da namizədlər və iddialılar sırasında göstərilir.

Nəhayət, hazırda bu vəzifəni yerinə yetirən müdir müavini Vaqif Ələkbərovun adı da bu posta real namizəd kimi hallandırılır.

Göründüyü kimi, hələ bu vəzifə boşdur. Namizədlər isə var. Görək, indi onlardan hansına etimad göstəriləcək. Ümid edək ki, yeni təyanat təhsil naziri seçimində olduğu kimi rəğbətlə qarşılanacaq.

 

Rəşad, “168 saat” qəzeti

 

Facebook Şərhləndirmə:

“Təhsil şöbəsinin müdiri kim olacaq? – VERSİYALAR” yazısına 2 cavab

  1. Orucova Jale Namik qizi deyir:

    Men Ruxsare Ehmedovani layiqli bir mudir olacaqina inanira m

  2. Leyla Əhmədova deyir:

    hərri nizami müəllim

Şərhinizi yazın