Menu
Geri İrəli

Tələbə tornaçılar Azərkimyada

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2013 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur
Share Button

Bugünlərdə ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin «Azərikimya» İB-də təcrübə keçən tələbə-tornaçılarının Birliyin Təmir-tikinti İdarəsinin sifarişi əsasında sərbəst olaraq işləyib-hazırladıqları ilk detallar – silindrik val və pilləli konstruksiyaya malik polad oymaq keyfiyyətli məhsul kimi qiymətləndirilərək, istehsalatın müvafiq avadanlıqlarının qovşaqlarında istifadə üçün qəbul edilmişdir.

Bütünlükdə təqdirəlayiqdir ki, ARDNŞ-in təşəbbüsü ilə Sumqayıtda ilk dəfə olaraq müasir standartlar səviyyəsində yaradılmış, zəngin təlim-tədris bazasına malik Təlim-Tədris Mərkəzinin (TTM) ilk tornaçı kurslarını başa vurmaqda olan gənclərin «Azərikimya» İB-nin  müəssisələrində bir ay əvvəl başlanılmış istehsalat təcrübələri uğurla davam etməkdədir. Gənclər Etilen-polietilen və Mexaniki-təmir zavodlarının, Təmir-tikinti İdarəsinin mexaniki sexlərində peşəkar tornaçıların və TTM-in təlim ustalarının, həmçinin sex mütəxəssislərinin müvafiq göstərişləri və nəzarəti ilə müxtəlif təyinatlı torna dəzgahlarında peşə vərdişlərinə bacarıqla yiyələnirlər. Onların ilk növbədə təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl edərək, dəzgahlarda sərbəst işləməyə göstərdikləri xüsusi maraq, müvafiq konstruksiyaya malik detalların emalı zamanı müasir kəski və ölçü vasitələri ilə dəqiqliklə işləmək bacarığı  sayəsində tələb olunan texniki parametrlərə, müvafiq standartlara  ciddi əməl etmələri bu gənclərin yaxın gələcəkdə peşələrinin mahir ustaları olacaqlarına əminlik yaradır.

Martın ortalarında – 6 aylıq təlim-tədris müddəti başa çatdıqdan sonra Sumqayıt  Təlim-Tədris Mərkəzinin ilk tornaçılar qrupu ixtisaslı, savadlı və peşəkar gənc kadrlar kimi «Azərikimya» İstehsalat Birliyinin müəssisələrinə işə qəbul olunaraq, əmək fəaliyyətinə başlayacaqlar.

 

sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın