Menu
Geri İrəli

Tələbələrə internet jurnalistikası üzrə təlim keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2013 • Baxış sayı: 141 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 30 may 2013-cü il tarixində Sumqayıt Dövlət Univeristetində gənclər üçün İnternet jurnalistikası üzrə təlim təşkil etmişdir.

Gənclər və İdman Baş İdarəsi Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə tədbirin keçirilmə məqsədi barədə danışmışdır. O, təlimin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1621 saylı 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Şəhərin ilk on-line mətbu orqanı olan “sumqayit xeber.com” on-line qəzetinin təsisçisi, İnternet jurnalistikası üzrə mütəxəssis Eyvaz Qocayev tərəfindən gənclər üçün təlim keçilmişdir.

Diskussiya şəraitində keçən təlim zamanı təlimçi gəncləri maraqlandıran sualları cavablandırmışdır.

 

Ceyhun Hüseynov 

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin

Gənclərlə iş sektorunun baş məsləhətçisi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın