Menu
Geri İrəli

Tələbələrin şərəfinə konsert təşkil ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2009 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra hakimiyyətinin dəstəyi ilə bu il ali məktəblərə qəbul olmuş tələbələrin şərəfinə konsert təşkil ediləcək. Konsert bu gün “Kimyaçılar” mədəniyyət sarayında baş tutacaq.Qeyd edək ki, artıq 6 ildir ki, ənənəvi olaraq ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarımız “Bilik Günü” ərəfəsində şəhər İcra hakimiyyətində qəbul edilərək onlara pul mükafatları və qiymətli hədiyyələr təqdim edilir. Bu məzunların şərəfinə ölkəmizin tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramları nümayiş etdirilir. Prezident təqaüdünə layiq görülmüş sumqayıtlı tələbələrlə şəhər rəhbərliyinin görüşləri keçirilir, həmin görüşlərdə onları narahat edən problemlərin müzakirəsi aparılır. Bununla yanaşı, şəhərimizdən ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan bütün məzunlara şəhər İcra hakimiyyəti başçısının şəxsi imzası ilə təbrik açıqcaları göndərilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın