Menu
Geri İrəli

Tağı Əhmədovun xanımı onun xasiyyətindən danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2013 • Baxış sayı: 138 dəfə • Şərh yoxdur

ANS telekanalı ilə Bakı Metropolitenin rəisi Tağı Əhmədov arasındakı gərginlik getdikcə böyüyür. Buna səbəb isə metropoliten rəisinin mətbuat nümayəndələri ilə keçirdiyi brifinqlərdə ANS-in əməkdaşlarına qarşı kobud hərəkətləridir. 

Bu səbəbdən də ANS artıq iki gündür “Xəbərçi”nin axşam buraxılışında Tağı Əhmədovu “vurur”. Telekanalın efirə verdiyi həmin süjetlərdə Tağı Əhmədov səlahiyyət həddini aşmaqda ittiham olunub, onun Metropolitenə rəhbərlik etdiyi müddətdə qeyri-şəffaf işlədiyi vurğulanıb.

ANS 65 yaşlı Tağı Əhmədovun 15 ildir metroya rəhbərlik etməsini də mənfi hal kimi öz süjetində qabardıb.

Telekanal Tağı Əhmədovun jurnalistlərlə davranışını əsas gətirərək onun çox kobud adam olduğunu bildirib.

Modern.az saytı “ANS-Tağı Əhmədov olayı”nın gündəmin əsas hadisəsinə çevrildiyini nəzərə alaraq, Tağı Əhmədovun xanımı Salatın Əhmədlinin əri ilə bağlı saytımıza bildirdiyi fikirləri təqdim edir.

“Bəzən eşidirəm ki, deyirlər o, çox kobuddur, əsəbidir və sair. Amma əslində elə deyil və onun ürəyi çox yumşaqdır.

taqiO, uşaqlıqdan elədi və elə də böyüyüb. Tağı müəllim insanları çox sevir. Elə bir aparat icad edib insan ürəyini öyrənə bilsəydilər, görərdilər ki, adamların çoxu göründüyü kimi deyil. İstər yaxşı, istərsə də pis mənada. Tağı müəllim bəzilərinin dediyi kimi kobud yox, incə, həssas və saf qəlblidir. Mən deyirəm ki, Tağı müəllimin 20 uşağı olsaydı belə, eyni sevgini hər birinə verərdi. İndi də harda uşaq görsə, əyilib üzündən öpər.

Onda kin-küdurət, paxıllıq, həsəd yoxdur. Bəzən kimsə gəlib başqası haqqında pis nəsə danışır. Hər zaman deyirəm o insana qulaq assan da, inanma və işin əslini öyrənməyə çalış, ara vurmağının səbəbini öyrən. Belə müzakirələrimiz çox olur.

Onun işi çox ağırdır. Çiyinlərinə çox ağır bir yük götürüb. Heç onun işinə aid olmayan insanlar da kömək üçün ona müraciət edir. Mən də deyirəm çalış, bacardıqca kömək elə”.

Salatın Əhmədlinin sözlərinə görə, Tağı Əhmədov milləti üçün çalışan insandır. “İnsanların xeyir işlərində də, hüzrlərində də kömək etməyə çalışır. Kimsə bilmir ki, o, hətta gecələr də işləyir. Telefonları söndürmür. Gecələr də metro ilə əlaqə saxlayır. Bir devizi var: Əgər metro gecə-gündüz işləyirsə, deməli mən də işləməliyəm. Onunla bərabər mən də “işləyirəm”.

Arada mən onun əsəblərini sığallamaq üçün zarafat edirəm. Sakitləşdirməyə çalışıram. Nəvələrimizin məzəli sözlərini danışıram. İstifadə etməyi xoşlayan insanlar çox yükləyirlər onu, istirahətə də gedə bilmir, istirahətdən yarımçıq qayıtdığı vaxtlar da olub”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın