Menu
Geri İrəli

Tağıyev qəsəbəsində qazın verilişində fasilələr olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2014 • Baxış sayı: 412 dəfə • Şərh yoxdur

dem qazi 23 3Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 15:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dan 18:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Sumqayıt şəhərinin Tağıyev qəsəbəsinə, saat 16:00-dan 18:00-dək isə Ağstafa rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın