Menu
Geri İrəli

Tahir Mirkişili ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2016 • Baxış sayı: 459 dəfə • Şərh yoxdur

tahir mirkisiliMilli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etmək üçün fevralın 24-dən 27-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaqlar.

 sumqayitxeber.com xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin deputatı Tahir Mirkişili də daxildir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və ATƏT PA-nın Büro üzvü Azay Quliyev öncə daimi komitənin iclasında iştirak edəcəklər. Həmin iclası ATƏT PA-nın sədri İlkka Kanerva açacaq. Daimi komitədə qış sessiyasının gündəliyi təsdiqlənəcək, maliyyə hesabatı dinləniləcək, cari il üçün nəzərdə tutulan tədbirlərə hazırlıqdan bəhs olunacaq. İclasda qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti barədə, həmçinin seçkilərin müşahidəsi ilə bağlı məruzələr dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

ATƏT PA-nın 15-ci qış sessiyasında əvvəlcə ümumi komitələrin birgə iclası keçiriləcək. ATƏT-in baş katibi səfir Lamberto Zanerin və qurumun Parlament Assambleyasının xüsusi nümayəndəsi xanım Xedi Frayın məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq. “ATƏT regionunda miqrant və qaçqın böhranı” məsələsi üç komitənin birgə iclasında xüsusi müzakirə mövzusu olacaq.

Siyasi məsələlər və təhlükəsizlik ümumi komitəsinin iclasında “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə” mövzusu ətrafında geniş diskussiya aparılacaq.

Demokratiya, insan hüquqları və humanitar məsələlər ümumi komitəsində “Miqrantların və qaçqınların insan hüquqları” məsələsi diqqət mərkəzində olacaq.

İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitənin iclasında “Miqrasiyanın idarə olunması: ATƏT regionunda iqtisadiyyat üçün imkanlar və çağırışlar” məsələsinə baxılacaq.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiya çərçivəsində bütün iclaslarda fəal iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın