Menu
Geri İrəli

Tahir Mirkişili: ATƏT və digər beynəlxalq qurumlar terror siyasətilə mübarizəni gücləndirməlidirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2016 • Baxış sayı: 342 dəfə • Şərh yoxdur

tahir mirkisili“Uzun illərdir ki, torpaqlarımızı işğal altında saxlayan Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləməsi regionda iqtisadi münasibətlərin daha yüksək səviyyədə qurulması və inkişaf etməsinə açıq təhlükə yaradır. Bu mənada dünyanın aparıcı dövlətləri, beynəlxalq qurumlar istər enerji mübadiləsi məsələsində, istərsə də şərq-qərb tranzit yolunda təhlükəsiz transferlər üçün mütləq şəkildə Ermənistanın təcavüzkar mövqedən çəkindirməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində iş aparmalıdır. Xüsusi olaraq, bölgədə investisiya mühitinin daha da inkişaf etdirilməsi, ən əsası xarici investisiyanın təhlükəsizliyi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hüquq müstəvisində öz ədalətli həllini tapmalıdır”. Bu fikirləri yap.org.az saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, təhlükəsizlik və terrorizm məsələsinə hər zaman bir sıra istiqamətlərdən yanaşma sərgilənməlidir. Onun sözlərinə görə, problemin bir tərəfi onun törətdiyi nəticələrdirsə, digər tərəfi ona aparıb çıxaran səbəblərdir.

«Ermənistanın işğalçı siyasəti minlərlə insanın həyatını itirməsinə, bir milyona yaxın vətəndaşımızın öz yurd-yuvasından didərgin düşməsinə səbəb oldu. 25 ildən artıqdır ki, qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan Azərbaycan dövləti hələ də sülh prosesinə sadiqlik nümayiş etdirir. Amma hər zaman terroru dəstəkləyən Ermənistan hakimiyyəti birmənalı şəkildə qeyri-konstruktiv mövqe ortaya qoymaqla istər işğalçı siyasətindən əl çəkməyəcəyini, istərsə də regional iqtisadi əməkdaşlığa təhlükə mənbəyi olaraq qalacağını nümayiş etdirir. ATƏT və digər beynəlxalq qurumlar dövlət səviyyəsində dəstəklənən bu cür terror siyasətilə mübarizəni gücləndirməlidirlər. Bu həm dinc və günahsız insanların qətlinin qarşısını almağa, həm də təhlükəsiz iqtisadi mühitin formalaşmasına zəmin yaradacaq»- deyə, T.Mirkişili qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın