Menu
Geri İrəli

Tahir Mirkişili: “Sahibkarlığın inkişafına xidmət edən dəyişikliklər tezliklə öz bəhrəsini vercək”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2016 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur

tahir mirkisili«Arxada qoyduğumuz 2015-ci il qeyri-neft sektorunun inkişafı baxımından uğurla yadda qalıb». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, dövlətimizin sahibkarlığa diqqət və qayğısı xüsusi olaraq vurğulanmalıdır. Onun sözlərinə görə, ötən il ərzində sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti üçün daha münbit şəraitin yaradılması baxımından dövlət başçısı səviyyəsində mühüm qərarlar qəbul edilib.

«Eyni zamanda, qanunvericilikdə də sahibkarlığın inkişafına xidmət edən müəyyən dəyişikliklər edilib. Bütün bunlar onu deməyə əsas verir ki, atılan bu addımlar tezliklə öz bəhrəsini verəcək. Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib»-deyə, komitə üzvü vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın