Menu
Geri İrəli

Tahir Mirkişili Azərbaycan Universitetində mühazirə dedi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur
Share Button

02

Azərbaycan Universitetində “Heydər Əliyev və İslam Həmrəyliyi” mövzusunda mühazirə – maarifləndirici görüş keçirilib. Mühazirəni iqtisad elmləri üzrə fəlsəfə doktoru, millət vəkili Tahir Mirkişili aparıb.

“Həmrəylik qarşılıqlı etibarlılıq prinsipi əsasında əqli fəaliyyət, qarşılıqlı yardım həyata keçirmək və bir-birinə etimaq əsasında fəaliyyət göstərməkdir” deyən qonaq ümummilli lider Heydər Əliyevin bu sahədə gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Millət vəkili bildirib ki, ümummilli lider Azərbaycanın müstəqilliyini bərpa etməsinin ardından “İslam birliyi” ideyasını irəli sürərək, islam həmrəyliyi məsələsinə daim diqqət ayırıb.

Qonaq çıxışında ümummilli liderin islam birliyi ideyasının banisi olduğunu tarixi faktlar əsasında diqqətə çatdırıb, prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışının ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı olduğunu vurğulayıb.

Tədbirdə  2017-ci ilin prezident İlham Əliyev tərəfindən İslam Həmrəyliyi ili elan edilməsi və IV islam həmrəyliyi oyunlarının məhz paytaxt Bakıda  keçirilməsinin təqdirəlayiq hal olduğu bildirilib. Bu gün dünyada, xüsusən İslam aləmində baş verənlərin həmrəyliyi zərurətə çevirdiyi və bu xüsusda Azərbaycanın verdiyi töhfələrin danılmaz olduğu qeyd olunub.

Millət vəkili tədbir iştirakçılarına İslam dininin yaranması və yayılması haqqında məlumat verib, tələbələrin suallarını da cavablandırıb.

Mühazirə – maarifləndirici görüşdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, professor – müəllim heyəti və tələbələr iştirak edib.

Qeyd edək ki, “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusuna həsr olunmuş mühazirə – maarifləndirici görüşlər 15 sentyabr – Bilik Günü münasibəti ilə respublika miqyasında Bilik Fondunun təşkilatçılığı, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə  həyata keçirilib. Mühazirələr ölkə üzrə ümumilikdə 120 idarə, müəssisə və təşkilatda – 15 ali məktəbdə, 34 orta ixtisas, 62 orta təhsil müəssisəsində, 6 Bilik evində, Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində, Binəqədi Gənclər Evində, İvanovka Mədəniyyət Evində təşkil olunub.

01 04

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın