Menu
Geri İrəli

Tahir Mirkişili: “Azərbaycanda kibertəhlükəsizlik tədbirləri gücləndirilməlidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2016 • Baxış sayı: 607 dəfə • Şərh yoxdur

tahir mirkishiliAzərbaycanda strateji əhəmiyyətli layihələrin reallaşdırılması ilə birlikdə kibertəhlükəsizlik tədbirlərini də gücləndirmək lazımdır. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, kibercinayətkarların əsas hədəfi energetika sahəsi, enerji infrastrukturu olur ki, bu da narahatlıq doğurur, çünki Azərbaycan adıçəkilən sahədə iri layihələr reallaşdıran ölkələrdən biridir: “Davamlı və innovativ iqtisadiyyatın qurulması kursunu götürmüş Azərbaycan şübhəsiz ki, cinayətkarların hədəfinə çevriləcək. Buna görə də bütün əhəmiyyətli sahələrdə kibertəhlükəsizliyi təmin etmək lazımdır, bu məqsədlə kibercasusluğun qarşısını almaq üçün xüsusi addımlar atılmalıdır. Bu istiqamətdə az iş görülməyib, lakin Azərbaycanın təmsil olunduğu layihələrin strateji əhəmiyyətini nəzərə alsaq, kibertəhlükəsizlik tədbirləri qaçılmaz olacaq və onlar ən yüksək səviyyədə reallaşdırılmalıdır”.

Deputatın fikrincə, idarəetmədə İKT alətlərinin geniş tətbiqi müasir dünyada effektiv və sürətli idarəetmənin yeganə yolu kimi qəbul edilir: “Artıq demək mümkündür ki, planetimizdə bütün qabaqcıl infrastruktur və istehsal-xidmət sahələri informasiya texnologiyaları vasitəsilə idarə olunur və bu tendensiya daha da artır. Hətta artıq müasir döyüş texnologiyalarını belə, İKT-siz təsəvvür etmək döyüşdə uduzmağa bərabər ölçülür”.

T.Mirkişili hesab edir ki, bu zaman təbii olaraq informasiya-kommunikasiya texnologiyalarının tətbiqi zonalarının və şəbəkəsinin təhlükəsizliyi ön plana çıxır, çünki bu halda rəqibin İKT sisteminə daxil olmaq artıq onun tam iflic olmasına qədər gətirib çıxara bilir: “Bu məqsədlə artıq bir çox dövlətlər digər ölkələrin gizli məlumatlarını əldə etmək üçün geniş kiberhücumlar təşkil edir və həmin ölkələrdə kiberhucumlar vasitəsilə xaosların yaranması ehtimallarını öyrənirlər. Və təbii olaraq özünümüdafiə tədbirləri də görürlər. Məsələn, artıq Çin-də 50 000 insandan ibarət kiberordu formalaşdırılıb. Rusiyada 12 000 nəfərdən ibarət xüsusi ixtisaslaşdırılmış mərkəz fəaliyyət göstərir. Avropa ölkələrində də xüsusi ordu hissələri və mərkəzlər mövcuddur. Kiber hücumlar vasitəsilə mühüm dövlət təsisatlarının (nəqliyyat, avia, pilotsuz uçan aparatlar, sərhəd-buraxılış, viza və s.) fəaliyyətini iflic etmək və ya digər istiqamətə yönəltmək, bank sistemini iflic etmək mümkündür”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın