Menu
Geri İrəli

Tahir Mirkişili: “Ən vacib planlarından biri Sumqayıt şəhərində vətəndaş məmnuniyyətinin yüksəldilməsidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2015 • Baxış sayı: 3,713 dəfə • Şərh yoxdur

tahir mirkisili2Məlumat verdiyimiz kimi,  Milli Məclisə seçkilərdə deputatlığı qeydə alınan namizədlər təbliğat və təşviqat işlərinə başlayıb.

Artıq sosial medianın imkanlarından effektiv istifadə etməyə başlayıblar.

Xeberler.az olaraq seçkilərlə hazırlıq prosesində  namizədlərlə müsahibələr,  təbliğat işləri barədə  söhbət edib,  bu istiqamətdə yazılar dərc edəcəyik.

İlk olaraq  uzun illər İKT sahəsində çalışan, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Tahir  Mirkişili ilə   təbliğat-təşviqat  fəaliyyəti ilə maraqlandıq.

Tahir Mirkişili Xeberler.az-a bildirib  ki,  namizəd olduğu  42 saylı Sumqayıt ikinci seçki dairəsindən  9 namizəd qeydə alınıb.

Tahir Mirkişili bildirib ki,  seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP)namizədi kimi iştirak edir və Partiya tərəfindən seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılır:

“Seçkilərdə mənim səlahiyyətli nümayəndələrim və vəkillərim artıq müəyyən olunub. Bu nümayəndələr və vəkillər seçicilər arasında kifayət qədər nüfuza və hörmətə malikdirlər. Bundan əlavə təbliğat-təşviqat məqsədləri üçün də komanda artıq formalaşıb. Bu gündən etibarən təbliğat və təşviqat kampaniyasına start verilib”.

O, İKT-nin imkanlarından yetərincə istifadə etdiyini və deputat  seçildikdən sonra da İKT ilə bağlı görəcəyi işlərdən danışıb:

“Sumqayıt şəhəri gənclər şəhəridir. Seçicilərin böyük qismini gənclər təşkil edir. Gənclər internetdə və sosial mediada çox aktivdirlər. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə daim yəni texnologiyalardan geniş istifadə edir. Bu dəfə də belə planlaşdırılır. İKT üzrə mütəxəssis kimi biz də həm sosial mediada, həm də internet məkanında seçicilərə platformamızı, inkişafla bağlı ideyalarımızı və innovasiyalarımızı çatdırmaq fikrindəyik. Bu məqsədlə artıq www.tahirmirkishili.az  veb səhifəsi yaradılıb. Veb səhifədə namizəd haqqında və onun fəaliyyəti barədə geniş informasiya verilib, seçicilərə müraciət yərləşdirilib, seçicilərlə keçiriləcək görüşlərin təqvimi yerləşdirilib və seçicilər üçün müraciət və əks əlaqə bölməsi yaradılıb. Bundan əlavə https://www.facəbook.com/tahirmirkishili səhifəsi yaradılıb və artıq dərc edilib”.

Tahir Mirkişili vurğulayıb ki, ən vacib planlarından biri Sumqayıt şəhərində əhali üçün elektron xidmətlərin geniş tətbiqi və vətəndaş məmnuniyyətinin yüksəldilməsidir:

“Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna elektron portal vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi, yerli icra hakimiyyəti orqanlarına müraciətlərin elektron şəkildə göndərilməsi və prosesin elektron portal vasitəsilə izlənilməsi. (şikayət, ərizə, təklif) kimi məsələləri diqqətdə saxlayacağam”.

Tahir Mirkişili  seçkilərdə qalib gəlmək şansını belə qiymətləndirib:

“Bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qalib gəlmə şansları çox yüksəkdir. Partiyamızın şüarı “Yəni Hədəflərə Doğru!” Ölkə miqyasında görülən quruculuq işləri, müstəqil dövlətçiliyin daha da möhkəmlənməsi, ölkə Prezidənti tərəfindən innovasiyalara və müasir texnologiyalara geniş yer verilməsi, sabitliyin hökm sürməsi bu qələbə üçün möhkəm zəmin yaratmışdır. Mən bir iqtisadçı və İKT üzrə mütəxəssis kimi müasir texnologiyalardan geniş istifadə edərək  keçiriləcək azad və demokratik seçkilərdə qələbə üçün mübarizə aparacağam”.

Məltəm Talıbzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın