Menu
Geri İrəli

Tahir Mirkişili müəllimlərlə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2015 • Baxış sayı: 1,731 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqların İnternat Məktəbinin akt zalında “Sumqayıt yeni inkişaf mərhələsində” mövzusuna həsr olunmuş tədbir keçirilib.

IMG_7361

sumqayitxeber.com xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili də tədbirdə iştirak edib.

Millət vəkili Tahir Mirkişili çıxışında hazırda şəhərdə görülən bütün işlərin şəhər sakinlərinin rahatlığına hesablandığını və bu işlərin fundamental işlər olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, bütün iqtisadiyyatın, cəmiyyətin inkişafının əsasında kadr faktoru dayanır və Sumqayıt şəhəri ölkənin çox böyük kadr bazasıdır. Peşəkar kadrların yetişməsində müəllimlərin əvəzsiz rol oynadığını vurğulayan millət vəkili müəllimlərə bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıb.

Məktəbin direktoru Ayət Kərimova və digər çıxışçılar vurğulayıb ki, son aylar Sumqayıt şəhərində abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub, şəhərin simasını daha da müasirləşdirəcək yeni layihələrinin həyata keçirilməsinə başlanılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında hazırda şəhərin bütün ərazilərində aparılan tikinti-quruculuq, problemlərinin həll olunması istiqamətində görülən genişmiqyaslı işləri alqışladıqlarını bildiriblər.IMG_7300 IMG_7304 IMG_7314

Facebook Şərhləndirmə:

Şərhinizi yazın