Menu
Geri İrəli

Tahir Mirkişili: “Qərarların bir çoxunun kifayət qədər sosial çəkisi var”

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2016 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur

tahir mirkisili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bu gün Milli Məclisdə qəbul olunan qərarları şərh edib:

“Bu gün Milli Məclisin növbədənkənar iclasında cənab Prezidentin təşəbbüsü ilə bir neçə qanunvercilik aktları qəbul olundu.

Qısaca olaraq:

- Əhalinin banklara qoyduqları əmanətlərin 3 il ərzində limitsiz olaraq tam slğortalanması. İndiyə qədər bu limit 30 000 səviyyəsində idi. Yəni, əmanətlər tam olaraq banklarda nə baş verməsindən asılı olmayaraq dövlət tərəfindən qorunacaq

- Fiziki şəxslərin banklara qoyduqları əmanətdən əldə etdikləri gəlirlər vergidən tam azad edildi. Bu indiyə qədər 10% idi.

- Fiziki və hüquqi şəxslər tərəfindən 50 000 dollardan artıq valyuta ölkədən kənara köçürülərsə (bura təhsil, səhiyyə, cərimələr, kart la alış-veriş daxil deyil) bu məbləğdən artıq məbləğin 20% -i dövlət büdcəsinə ödəniləcəkdir.

- Yerli məhsul, iş və xidmət istehsalçıları dövlət satınalmaları tenderlərində eyni keyfiyyət və şəsrtlərlə xarici analoqlara qarşı qiymətdə 20% güzəştə malikdirlər. Yəni, yerli istehsalçıların qiymətləri 20% baha olduqda belə onlara üstünlük veriləcəkdir.

- İnvestisiya fəaliyyəti həyata keçirən sahibkarlar 7 il müddətinə əmlak və torpaq vergisindən tam azad, mənfəət vergisindən 50% azad, idxal etdikləri texnika və texnologiyalar isə 50% gömrük rüsumundan azad edildilər.

Qəbul edilən bu qərarlar iqtisadiyyatda çox mütərəqqi addımlardır. Qərarların bir çoxunun kifayət qədər sosial çəkisi var. Məsələn, ölkədə 6.6 milyon əmanətçi hər il orta hesabla 500 milyon manat bu əmanətlərdən gəlir əldə edir, büdcəyə isə 50 milyon manat vergi ödənilirdir. Bu günkü qərar ilə bu məbləğ əhaliyə verilmiş olacaqdır və s..”

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın